Bank BTB-də yeni vakansiya
Bank “BTB” ASC Təşkilati işlər departamenti, Kadrlar şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üçün ixtisaslı, təcrübəli və yüksək motivasiyalı namizədlərin axtarışını elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
İş barədə məlumat:
-AR-nın Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
-İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
-Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
-İşçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
-Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl ürə istifadə edilməsinə nəzarət edilməsi;
-Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
-Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
-Həftəlik və aylıq hesabatların hazırlanması;
-Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
-Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
-İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə cəlbetmə haqqında əmrlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.;
-Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı.
Namizədə tələblər:
-Ali təhsil;
-İnsan resurslarının idarə edilməsi sahəsində maliyyə sektorunda ən azı 2 il təcrübə;
- Azərbaycan və Rus dillərində mükəmməl danışıq və yazı bacarığının olması, İngilis dil biliyi – yaxşı səviyyədə;
-Ünsiyyət qurma bacarığı;
-Analitik qabiliyyət;
-Əmək qanunvericiliyi üzrə mükəmməl biliklər (uyğun sahədə sertifikatın olması üstünlükdür) .
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 dekabr 2022-ci il tarixinədək “Kadrlar şöbəsinin aparıcı mütəxəssisi” mövzusunu qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
37 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 51 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır






.jpg)








.jpg)




