“Azari Express” kuryer çatdırılma xidməti: “Siz göndərirsiniz – biz çatdırırıq”
(®) “Azari Express” sürətli kuryer çatdırılması xidməti ilk sifarişini 2003-cü ildə alıb və artıq 19 ildir ki, Azərbaycanda çatdırılma sektorunda keyfiyyət etalonu olaraq qalmaqdadır.
Bu illər ərzində “Azari Express” öz missiyasını sədaqətlə yerinə yetirərək, yazışmaların və bağlamaların Bakı şəhəri və bütün Azərbaycan ərazisində ən qısa zamanda sürətli və keyfiyyətli çatdırılmasını təmin edərək, öz işini 100% keyfiyyətlə yerinə yetirir.
Bu kuryer xidmətinin xidmətlərindən istifadə edirsinizsə, narahatlığı və qayğıları unuda bilərsiniz, çünki çatdırılma sizə lazım olan vaxtda həyata keçiriləcək. Qeyd edək ki, “Azari Express” həm biznes sektoruna, həm də fərdi xidmət göstərir.
“Azari Express”i seçməklə siz yüksək etibarlılıq, əla keyfiyyət və maksimum sürət əldə edirsiniz!
Yüksək ixtisaslı əməkdaşlardan ibarət böyük heyət, müştərinin istənilən ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, eləcə də illər ərzində inkişaf etdirilən logistika marşrutları xidmət komandasına sifarişləri təkcə Bakı şəhəri və Azərbaycan daxilində deyil, həm də MDB ölkələri də daxil olmaqla xarici ölkələrə operativ şəkildə çatdırmağa imkan verir.
Bir faktı da vurğulayaq ki, “Azari Express” əməkdaşlarının müəyyən hissəsinin fiziki məhdudiyyətli şəxslər olması şirkəti ölkənin məşğulluq bazarında müsbət mənada fərqləndirir.
Şirkətin hər bir əməkdaşı opertivliyi və məsuliyyəti ilə fərqlənir. Onu da qeyd edək ki, əməkdaş sayının kifayət qədər olması bizə istənilən sayda göndərişi təmin etməyə imkan verir.
“Azari Express”in digər üstünlüyü məxfiliyin təmin edilməsidir. Belə ki, təklif etdiyimiz şəxsi kuryerlə sürətli çatdırılma xidməti məxfiliyə tam zəmanət verir.
“Azari Express”də Siz həmçinin sizə lazım olan müəyyən müddət üçün şəxsi kuryer sifariş edə və sifarişlərinizin ən qısa zamanda yerinə yetiriləcəyinə 100% əmin ola bilərsiniz. Fiziki şəxslərdən şəxsi əşyaların (o cümlədən, çiçəklərin və hədiyyələrin) çatdırılması sifarişləri də qəbul olunur ki, hazırda bu xidmətə tələbat böyükdür. Hədiyyəniz kuryer vasitəsilə adresata şəxsən çatdırılır.
Çatdırılma sahəsində beynəlxalq tələblərə tam cavab verən fərdi həllər ilə təmin edilən hər bir müştəriyə xüsusi yanaşma “Azari Express”nin daha bir üstünlüyüdür. Azərbaycanın ən böyük şirkətləri (ölkənin ən böyük 10 bankı, bank olmayan kredit təşkilatları (BOKT), sığorta şirkətləri, dövlət qurumları, 120-dən çox korporativ müştəri) “Azari Expess”in uzunmüddətli tərəfdaşları sırasındadır.
“Azari Express” kuryer çatdırılması hər il göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqla “Siz göndərirsiniz – biz çatdırırıq” şüarına dəqiq və operativ şəkildə riayət edir və bundan sonra da bu istiqamətdə çalışmaqda davam edəcək.
“Azari Ekspress”in fəaliyyəti ilə bağlı sizi maraqlandıran istənilən məlumatı +99412 596-68-62, +99451 206 96 27 əlaqə nömrələri və [email protected] e-poçt ünvanı vasitəsilə əldə edə bilərsiniz.
Ünvan: Cəfər Cabbarlı küç. 40, “Caspian Business Center”, Bakı, Azərbaycan
Rəsmi sayt - https://azariexpress.az
Instagram - https://www.instagram.com/azariexpress/
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapitaldan istifadə vəziyyəti 22 bankdan 9-da yaxşılaşıb, 13-də isə pisləşib
-
2 saat əvvəl
Azərbaycan bankları faiz xərclərini faiz gəlirləri ilə ödəyə bilirmi? - ARAŞDIRMA
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
“AFB Bank”da iclas keçiriləcək
Ən çox oxunanlar
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR





















