“PAŞA Bank”ın dəstəyi ilə keçirilən “Techstars Startup Weekend Fintech Baku” tədbiri başa çatıb
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” istedadlı gənclərin potensialının üzə çıxarılması istiqamətindəki fəaliyyətini davam etdirir.
Belə ki, Bank, 4-6 noyabr tarixlərində baş tutan “Techstars Startup Weekend Fintech Baku” müsabiqəsinin keçirilməsinə dəstək göstərib.
“SUP VC” şirkətinin təşkilatçılığı ilə üç gün davam edən müsabiqəyə 10 komanda qatılaraq, innovativ texnologiyalar əsasında irəli sürdükləri ideyalar üzərində işləyiblər. Bununla da, komandalar “PAŞA Bank” əməkdaşları da daxil olmaqla, müxtəlif sənaye sahələrindən olan peşəkarların bələdçiliyi ilə maliyyə dünyasının çağırışlarını aradan qaldırmaq üçün real həllər yaratmaq istiqamətində öz qüvvələrini sınayıblar.
Beləliklə də, “ABC”, “Reapers” və “Peersonal” komandaları “Techstars Startup Weekend Fintech Baku” müsabiqəsinin qalibi seçiliblər. Onlar müvafiq olaraq geyim dizaynı, kriptovalyuta və onlayn təlim-tədris platformaları üzrə maraqlı həllər təqdim ediblər.
Xatırladaq ki, “PAŞA Bank”, ənənəvi olaraq təşkil edilən “PASHA Bank Cup” müsabiqəsi, “hackathon”lar və müxtəlif məlumatlandırıcı sessiyalar keçirməklə, cəmiyyətin və gənclərin tərəqqisinə öz töhfəsini verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 29 d. əvvəl
-
-
39 d. əvvəl
Azercell: Tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırırıq
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Bank of Baku"da iclas keçiriləcək
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
"QatarEnergy" LNG alıcıları üçün fors-major hal elan edib
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”























