ABB-nin dəstəyi ilə Ümumrespublika Biznes Oyununun qalibləri seçildi
(®) ABB-nin, Gənclər və İdman Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlıq dəstəyi ilə keçirilən “Gənc Fermer” Ümumrespublika Biznes Oyununun final mərhələsi başa çatıb.
Finalda 6 komanda mübarizə aparıb. Münsiflərin yekun rəyi ilə “Bakı” komandası yarışın qalibi olub.
Komanda təqdim etdiyi “AqroSmart” layihəsi ilə qalib gəlib. “AgroApp” komandası (Gəncə) ikinci, “Üzümçü” komandası (Göygöl) üçüncü yerə çıxıb.
Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də iştirak edib.
Layihə Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşəbbüsü ilə həyata keçirilib. “Gənc fermer” Ümumrespublika Biznes Oyunu 2 mərhələdə təşkil olunub. Birinci mərhələdə yarışa qatılmış hər bölgədən 1 qalib komanda müəyyənləşib. Sonra həmin komandalar final mərhələsində yarışıblar. Belə bir layihədə məqsəd gənclərin aqrar biznes sahəsində bilik və bacarıqlarının artırılması, yaradıcı təşəbbüslərinin dəstəklənməsidir. Müxtəlif mükafatlarla yanaşı, qaliblərə ayrı-ayrı qurumlarda peşəkar təcrübə imkanı da yaradılacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
13 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
14 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
Ən çox oxunanlar
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir






















