"İnnovasiya və Təchizat Mərkəzi"ndə nöqsanlar aşkarlanıb
Hesablama Palatası "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsdə apardığı kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı Publik Hüquqi Şəxsin fəaliyyətinə dair nöqsanlar aşkarlayıb.
Bu barədə qurumdan bildirilib.
Palata tərəfindən “İnnovasiya və Təchizat Mərkəzi”ndə aparılan nəzarət tədbiri Mərkəzin 2020-2021-ci illərdə fəaliyyəti və bu fəaliyyəti təmin etmək məqsədilə istifadə olunmuş ümumilikdə 228,1 milyon manat məbləğində vəsaiti əhatə edib. Həmin məbləğin 202,5 milyon manatı dərman vasitələri, tibbi ləvazimatlar və materiallarının, 18,7 milyon manatı isə tibbi avadanlıqların alınmasına yönəldilib, eləcə də 17,6 milyon manat məbləğində dərman vasitələri, tibbi ləvazimatlar və avadanlıqlar (tibbi tələbat) beynəlxalq təşkilatlar və istehsalçılar tərəfindən əvəzsiz qaydada verilib.
"Tibbi tələbatların və bununla bağlı büdcə vəsaitlərinə olan tələbat üzrə proqnozların əsaslı şəkildə hazırlanmaması səbəbindən bəzi hallarda illik tələbatdan daha çox dərman alınıb, faktiki tələbatın müəyyənləşdirilməməsi və paylanmada nəzərə alınmaması proqramlar çərçivəsində xəstəxanalar üzrə bir xəstəyə düşən vəsaitin məbləğinin nəzərəçarpacaq dərəcədə fərqlənməsi ilə nəticələnib", - məlumatda deyilir.
Auditlə Mərkəz tərəfindən 2018-2021-ci illərdə alınmış 100 halda 3 milyon 342,5 min manat məbləğdə tibbi avadanlıq, inventar və ehtiyatlar, eləcə də, 2018-ci ildə 2 halda humanitar qaydada verilmiş 622,9 min manat məbləğdə hemodializ avadanlıqları, eləcə də cəmi 215 min manat məbləğdə tibbi ləvazimat və dərman vasitələrinin istifadə müddəti bitənədək anbarda istifadəsiz saxlanıldığı müəyyən edilib. Eləcə də, hüquqi aktların tələbləri pozularaq 1,2 milyon manat məbləğində dərman vasitəsinin istifadə təlimatları Azərbaycan dilinə tərcümə olunmayıb.
"Eyni molekulyar tərkibə, lakin fərqli qiymətlərə malik dərmanlar üzrə bəzi hallarda daha ucuz qiymətlər tətbiq edilməmiş, nəticədə, həmin hallar üzrə daha çox vəsait istifadə olunub. Bununla yanaşı, il ərzində mərkəzləşmiş xərclərdən proqramların və tədbirlərin təminatı üçün dərman vasitələrinin alınmasına vəsait yönəldilib ki, bu da müalicə-profilaktik müəssisələrin təminatında riskləri formalaşdırıb.
Funksional fəaliyyət tələbata və dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində təşkil edilməmiş, 847,9 min manat məbləğində dövlət vəsaitinin akkreditiv hesablara köçürülməsi ilə faktiki olaraq istifadə olunmadığı halda büdcə vəsaitlərinin kassa icrasına aid edilmiş, bu isə hesabatlarda təhriflərə yol açıb.
Dərmanların topdansatış qiyməti və tariflərin müqayisəsi Tarif Şurası tərəfindən tariflərin müəyyənləşdirilməsi məqsədilə tətbiq olunan yanaşmanın bazarda mövcud olan qiymətlərin və meyllərin nəzərə alınmaqla çevik qaydada yenilənmədiyini göstərib. Belə ki, alınan 144 adda eyni dərmanın 81-də qiymət azalsa da, onlardan 4-də bu azalma fonunda tarif artırılıb, 67 adda dərmanın tarifinin sabit qalması fonunda qiyməti azalmış, ümumilikdə, tariflər 75 adda dərman üzrə 18,5 - 57,1 % daha baha müəyyənləşdirilib", - Palata bildirir.
Nəzarət tədbirin nəticəsinə görə, müqavilələrdə yararlılıq müddəti istehsal tarixindən ən azı 60 % səviyyəsində müəyyən edilsə də, 6 adda dərman vasitəsinin yararlılıq müddəti 30 %-dən aşağı, 10 adda dərman vasitəsinin yararlılıq müddəti 30-40 %, 36 adda dərman vasitəsinin yararlılıq müddəti 40-50 % və 129 adda dərman vasitəsinin yararlılıq müddəti 50 - 60 % aralığında olub.
"Mərkəz tərəfindən qiymət intizamına nəzarət edilməyib, bir sıra hallarda obyektiv iqtisadi səbəblər olmadan bəzi malların alınması zamanı daha baha qiymətlər tətbiq olunub, eləcə də auditin əhatə etdiyi illərdə eyni mal üzrə fərqli qiymətlərlə alışlar həyata keçirilib, eyni dərman vasitələri bəzi müqavilələrdə və podratçılardan bir il daxilində fərqli qiymətlərlə alınıb.
Ölkədə bu sahədə alışı həyata keçirən qurumlar üzrə məlumatların müqayisəsi ilə eyni dərman vasitəsi üçün bəzi hallarda Mərkəz tərəfindən, bəzi hallarda isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) və TƏBİB tərəfindən müqavilələrin daha yüksək qiymətlərlə bağlanıldığı müəyyən olunub.
Tibbi avadanlıqlara və iddiaçılara tələblər düzgün müəyyənləşdirilməyıb, bağlanmış müqavilələrdə bəzi hallarda avadanlıqların dəyəri və göstəriləcək xidmət haqqı ayrı-ayrılıqda deyil, ümumi məbləğ kimi qeyd edilib, avadanlıqların ölkəyə gətirilməsi prosesində gömrük rəsmiləşdirilməsi zamanı avadanlıqlara aid xüsusiyyətlərin qeyd edilməməsi, bəzi hallarda bir neçə avadanlığın bir yerdə əks olunması və ya avadanlıqların tam vahid olaraq deyil, ayrı-ayrı hissələri olmaqla idxalı audit sübutlarının toplanması imkanlarını məhdudlaşdırıb.
Nəzarət tədbirinin nəticəsi olaraq yol verilmiş nöqsanlar səbəbindən artıq ödənilmiş 2,2 milyon manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, İTS və TƏBİB tərəfindən Mərkəzlə müqayisədə daha yüksək qiymətlərin tətbqi olunduğu hallar üzrə həmin qurumlara məlumatlar göndərilib. Tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin yüksək müəyyənləşdirilməsi halları, eləcədə audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlər və cinayət tərkibinin əlamətlərinin olma ehtimalı nəzərə alınaraq auditin nəticələri barədə müvafiq materiallar Baş Prokurorluğa göndərilib", - məlumatda deyilir.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 10 saat sonra
-
3 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 7 saat əvvəl
-
9 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















