Dövlət Taxıl Fondu buğda tədarükü elan edib - QİYMƏT
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu cari ilin iyul ayının 3-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 300 AZN olmaqla buğda qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər:
I. Dənin naturası (bir litrlik purkalarda qramla):
-buğda üçün - 750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə):
-buğda üçün - 2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə):
-buğda üçün - 5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə)- bütün bitkilər üçün:
-13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq : 3-cü sinif buğda üçün - 23 faizdən az olmamaqla
- yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75)
VI. Şüşəvarilik:
-3-cü sinif buğda üçün - 40% -dən az olmamaqla
VII. İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir
VIII. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir
IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir
X. Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir
Məlumatda bildirilir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.
Nazirlik əlaqə telefonları və qəbul məntəqələrinin ünvanlarını (900 -dan 1800-a kimi) da göstərib:
“Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
“Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Səlyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06;
“Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, tel: 012-342-90-04; 050-352-50-01;
“Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;
“Karat-Holdinq”: Xırdalan şəhəri, Şamaxı şossesi-23, tel.: 050-222-38-36;
“Karmen” MMC: Abşeron rayonu, Yeni Şamaxı şossesi-23, tel.: 050-223-18-93;
“Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel.: 050-265-80-75;
“N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-566-00-44; 050-214-72-81;
“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel: 0-50-200-11-87;
“Neon” firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel: 0-50-220-30-27;
“EL-Babatürk” MMC: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel.: 012-346-08-08, 055-271-73-73;
“Pak-Nur” firması: Xaçmaz şəhəri, tel: 050-590-18-36;
“Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
“Rəşad” firması: Bərdə şəhəri, tel: 050-215-99-00;
“Svinks” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;
“Azəri-Arapoğlu” US, T.Ltd BM: Gəncə şəhəri, tel: 050-222-65-22;
,”Səma” FF: Bakı şəhəri, tel: 050-311-52-51;
“Avropa” firması: Bakı şəhəri, tel: 050-255-48-88;
“Sarı sünbül” firması: Giləzi, tel: 050-212-29-66;
Daxili mal göndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər bunlardır:
-Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti;
-Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyitərəfindən verilmiş daxili karantin sertifikatı.
Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
14 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
15 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)














.jpg)
