Toyota-nın xalis mənfəəti azalıb
Toyota-nın xalis mənfəəti 2022-2023-cü maliyyə ilinin birinci yarısında 7,9 milyard dollara düşüb.Yapon avtomobil istehsalçısı Toyota Motor Corp-un xalis mənfəəti azalıb.
Marja şirkətin hesabatına istinadən xəbər verir ki, xalis mənfəət 2022-2023-cü maliyyə ilinin birinci yarısında (30 sentyabrda başa çatıb) əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə 23,2% azalaraq 1,171 trilyon yen (təxminən 7,9 milyard dollar) təşkil edib.
Səhm üzrə mənfəət ötən maliyyə ilinin birinci yarısında 109,28 yen (0,7 dollar) ilə müqayisədə 85,42 yen (0,6 dollar) təşkil edib.
Şirkətin illik gəliri 14,4% artaraq 17,709 trilyon yenə (119 milyard dollar), əməliyyat mənfəəti isə 34,7% azalaraq 1,14 trilyon yenə (7,7 milyard dollar) düşüb.
Cari maliyyə ilinin ikinci rübünün nəticələrinə görə, Toyota-nın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 30,7% azalaraq 434,2 milyard yenə (2,9 milyard dollar) düşüb. Rüblük gəlir 22,2% artaraq 9,218 trilyon yen (62,2 milyard dollar), əməliyyat mənfəəti isə 1,3 dəfə azalaraq 562,789 milyard yen (3,8 milyard dollar) təşkil edib.
Cari maliyyə ilinin sonunda Toyota 36 trilyon yen (242,8 milyard dollar) gəlir proqnozlaşdırır. Əməliyyat gəlirinin 2,4 trilyon yen (16,2 milyard dollar) olacağı, xalis mənfəətin 2,36 trilyon yen (16 milyard dollar) təşkil edəcəyi gözlənilir.
Toyota Motor Corporation Toyota Qrupunun ən böyük bölməsi və Yaponiya avtomobil sənayesinin lideridir. Şirkət 1937-ci ildə yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)








