Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Benzinlə işləyən avtomobillərə qadağa

AzVak-mobil_resmin_ustu_31
Benzinlə işləyən avtomobillərə qadağa
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müasir texnologiyanın inkişaf etdiyi və ətraf mühitin mühafizəsinin daha da aktuallaşdığı bir dövrdə yanacaqla deyil, elektriklə işləyən nəqliyyat vasitələrinin (elektromobillərin) əhəmiyyəti artır. Təsadüfi deyil ki, dünyada son bir neçə il ərzində belə avtomobillərin sayı xeyli çoxalıb.

Artıq bir sıra nəhəng avtomobil şirkətləri yaxın illərdə daxiliyanma mühərrikli avtomobillərin istehsalını dayandırmaq üçün xüsusi strategiya hazırlayıblar. “Reuters” agentliyinin yaydığı xəbərə görə, dünən Avropa Parlamenti 2035-ci ildən sonra Avropa İttifaqı ölkələrində daxiliyanma mühərrikli avtomobillərin satışını qadağan edən qərar qəbul edib.

Qadağa 2050-ci ilə qədər Avropada neytral iqtisadiyyat yaratmaq planının bir hissəsidir. Ekspertlərin fikrincə, yeni qərar Avropa ölkələrinin elektromobillərə keçidini sürətləndirməlidir ki, bu da atmosferə atılan yanacaq qazlarının miqyasını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək.

Avropa Parlamentinin deputatı Paskal Kanfen bunu tarixi qərar adlandırıb. Hazırda Avropada tullantıların 16 faizi avtomobil sektorunun payına düşür, lakin yaxın onilliklər ərzində bu sahədə müsbət nəticələr əldə etmək mümkün olacaq.

01.11.2022 08:24
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19