Bank of Baku uğurla addımlayır – 30,8 milyon manat xalis mənfəət!
"Bank of Baku" ASC 2022-ci ilin 9 ayını (yanvar - sentyabr) 30 milyon 775 min manat xalis mənfəət ilə başa vurub. "Bank of Baku"nın xalis mənfəəti 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında 13 milyon 987 min manat və ya 83,3% artıb. Bank ötən ilin eyni dövründə 16 milyon 788 min manat xalis mənfəət əldə etmişdi.
Cari ildə xalis mənfəətin daha böyük olması gəlirlərin artmasından və kredit itkilərinin bərpası ilə əlaqdar olaraq yaradılan ehtiyatdan qayıdan vəsaitdən qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Bank of Baku"nın faiz gəlirləri 23 milyon 75 min manat və ya 47,8% artaraq 71 milyon 323 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 369 min manat və ya 18,6 % artaraq 8 milyon 742 min manat təşkil edib.
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Bank of Baku"nın faiz xərcləri 5 milyon 885 min manat və ya 61,7% artaraq 15 milyon 417 min manat, qeyri-faiz xərcləri isə 7 milyon 567 min manat və ya 24,6% artaraq 38 milyon 313 min manat təşkil edib.
Beləliklə, Bankın əməliyyat gəlirlərinin 24 milyon 444 min manat artmasına qarşılıq əməliyyat xərcləri 13 milyon 452 min manat artıb. Yəni, gəlirlərdəki artımın 55%-ni xərclərdəki artım silib. Nəticədə, Bankın əməliyyat mənfəətində 10 milyon 992 min manat və ya 71,6% artım baş verib.
2022-ci ilin 9 ayında "Bank of Baku"ın cəmi əməliyyat gəlirləri 80 milyon 65 min manat, cəmi əməliyyat xərcləri 53 milyon 730 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 26 milyon 335 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıtmış 11 milyon 884 min manat mənfəətə əlavə edilib. "Bank of Baku" 38 milyon 219 min manat mənfəətindən 7 milyon 444 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayında "Bank of Baku"nın cəmi əməliyyat gəlirləri 55 milyon 621 min manat, cəmi əməliyyat xərcləri 40 milyon 278 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 15 milyon 343 min manat təşkil etmişdi. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan 6 milyon 770 min manatın hesabına mənfəət 22 milyon 113 min manata yüksəlmişdi. "Bank of Baku" mənfəətindən 5 milyon 325 min manat mənfəət vergisi ödəmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
Kreditlər bank üçün faiz gəliri formalaşdıran əsas aktiv bölməsidir. 2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin 9 ayı ərzində "Bank of Baku"nın kredit portfeli (müştərilərdəki cəmi kreditlər) 118 milyon 69 min manat və ya 28,5% artaraq 30 Sentyabr 2022-ci il tarixində 531 milyon 930 min manat təşkil edib.
BİZNES KREDİTLƏRİ 30 MİLYON MANATA YAXIN ARTIB
Ötən ilin sonu ilə müqayisədə, cari ilin 9 ayı ərzində "Bank of Baku"nın istehlak kreditləri portfeli 82 milyon 868 min manat artaraq 358 milyon 325 min manata, biznes kreditləri portfeli 29 milyon 960 min manat artaraq 150 milyon 534 min manata, ipoteka kreditləri portfeli isə 5 milyon 206 min manat artaraq 23 milyon 36 min manata çatıb.
BANK BÖYÜYÜB
30 Sentyabr 2022-ci il tarixində "Bank of Baku" ASC 654 milyon 125 min manat cəmi aktivlərə malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 497 milyon 495 min manat cəmi aktivlərə malik idi (aktivləri 31,5% artıb).
ƏHALİ BANK OF BAKU-YA DAHA ÇOX PULUNU ETİBAR EDİB
2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin 9 ayında "Bank of Baku"nın depozit portfeli 81 milyon 707 min manat və ya 33% artaraq 328 milyon 884 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 75 milyon 248 min manat artaraq 296 milyon 911 min manata, hüquqi şəxslərin depozitləri isə 6 milyon 460 min manat artaraq 31 milyon 973 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 Sentyabr 2022-ci il tarixində "Bank of Baku" 121 milyon 252 min manat məcmu kapitala malik olub (31 Dekabr 2021-ci il tarixində 102 milyon 854 min manat idi). Bankın məcmu kapitalı minimal tələbdən (50 milyon manat) 2,4 dəfə çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
5 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
5 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























