Azərbaycanda yerli və beynəlxalq şirkət rəhbərlərinin Zirvə toplantısı tədbiri keçiriləcək
15 noyabr 2022-ci il tarixində ölkəmizdə ilk dəfə olaraq yerli və beynəlxalq şirkətlərin Baş icraçı direktorları, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə idarəetmə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən “Baku International CEO Summit” tədbiri baş tutacaq. Tədbirin təşkilatçısı Azərbaycan HR İnstitutudur.
Təşkilatçının yaydığı məlumatda bildirilir ki, "Baku International CEO Summit" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti illər ərzində reallaşdırılması planlaşdırılan "Milli prioritetlər"dən birincisi “Dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat” prioritetinə əsaslanaraq ölkəmizdə korporativ idarəetmənin daha da gücləndirilməsi üçün “Daha yaxşı gələcək naminə” şüarı ilə həyata keçiriləcək.
Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov tədbirin təşkili ilə bağlı məlumat vermişdir:
“Bu miqyaslı tədbiri keçirməkdə məqsədimiz yerli və beynəlxalq şirkət rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxslərinin öz təcrübələrini bir-biriləri ilə paylaşmasına imkan yaratmaq, o cümlədən dünyada idarəetmə sahəsində baş verən yenilikləri qlobal şirkət nümayəndələrin dilindən eşitməkdir. Hal-hazırda yerli və qlobal şirkətlərin rəhbərləri ilə danışıqlarımız davam edir. Onların bu tədbirə maraq göstərməsi və təcrübələrini paylaşmaq istəkləri bizim üçün sevindirici haldır. Tədbir 3 paneldən ibarət olacaq. Hər panelin mövzusu 1 moderator və 4 əsas spiker tərəfindən təqdim ediləcək. Panellərdə həm yerli və beynəlxalq, həm də dövlət qurumlarının rəhbərləri çıxış edəcəkdir. Tədbir iştirakçıları qlobal bazarda idarəetmə trendləri və onun gələcək imkanları, rəqəmsal transformasiya, yeni müştəri portreti və onun davranışları və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olacaqlar.”
“Baku International CEO Summit” tədbirində iştirak etmək üçün biletləri https://ebilet.store/event_BICEO22/ linki vasitəsi ilə qeydiyyatdan keçməklə əldə edə bilərsiniz.
Qeyd edək ki, Azərbaycan HR İnstitutu 28 Yanvar 2022-ci il tarixində “Baku International HR Forum” tədbiri uğurla təşkil etmişdir. 6 ölkədən 16 spiker və 300-dən çox iştirakçının qatıldığı forumda insan kapitalının inkişafı, gələcək innovasiyalar və idarəetmə panelləri üzrə peşəkar müzakirələr və qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır. Forumun baş sponsorları Kapital Bank, Azercell Telekom, sponsorları MKT Cotton şirkəti və Wellbeing Academy Türkiyə olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib






















