1998-ci ildən bəri ilk dəfə olaraq 1 dollar 146 yen səviyyəsinə çatıb
Çərşənbə günü, 1998-ci ilin avqustundan bəri ilk dəfə olaraq bir dollar 146 yen səviyyəsinə çatıb (Yaponiya milli valyutası daha da ucuzlaşıb).
Marja.az xəbər verir ki, yerli vaxtla saat 09:15-də 1 dollar 146,18-146,60 yen təşkil edib.
Bir neçə aydır yen rekord ucuzlaşır. Bunun əsas səbəbi inflyasiyanı cilovlamaq üçün Qərb ölkələrinin mərkəzi banklarının faiz artırmalarına baxmayaraq Yaponiya Mərkəzi Bankının faiz dərəcələrini bazarı stimullaşdırmaq üçün mənfi səviyyədə saxlamasıdır.
Yumşaq pul siyasətinin yenin zəifləməsinə və qiymətlərin artmasına səbəb olması ilə bağlı tənqidlərə baxmayaraq, Yaponiya Bankının (mərkəzi bank) rəhbəri faizi dəyişmək niyyətində olmadıqlarını dəfələrlə bəyan edib. Sentyabrın sonunda növbəti dəfə faiz dərəcəsinin mənfi 0,1% səviyyəsində saxlanmasına qərar verilib.
Belə bir şəraitdə sentyabrın sonunda Yaponiya hakimiyyəti 1998-ci ildən bəri ilk dəfə olaraq milli valyutanın məzənnəsini sabitləşdirmək üçün valyuta intervensiyaları həyata keçirib ki (dollar satıb, yen alıb), bu da onun bir dollar üçün 145 yen səviyyəsindən bir dollar üçün 140 yen səviyyəsindən qısamüddətli möhkəmlənməsinə səbəb olmuşdu.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























