Kapital Bank “Sibos 2022” tədbirində iştirak edir
(®) Kapital Bank 10–13 oktyabr tarixlərində Niderland krallığının Amsterdam şəhərində keçirilən ənənəvi “Sibos 2022” sərgi-konfransında iştirak edir. Tədbirə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb. 4 gün davam edən builki “Sibos” tədbiri “Dəyişən dünya üçün proqressiv maliyyə” mövzusuna həsr olunub.
Pandemiyadan sonra ilk dəfədir ki, canlı formata qayıdan sərgi-konfransda 250-dən çox beynəlxalq spiker rəqəmsal mühitdən faydalanmaq və qeyri-sabit dövrlərdə uğur qazanmaq imkanları, davamlılığın təmin edilməsi, etika və maliyyə sahəsində dünyada bu gün gündəmdə olan digər vacib mövzuları müzakirə edir. Tədbirdə Kapital Bank-ın xüsusi stendi quraşdırılıb, iştirakçılar bank və onun fəaliyyəti haqqında ətraflı məlumat əldə edə bilirlər.
“Pandemiyaya dövründə belə Kapital Bank daima beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlığı davam etdirirdi. “Sibos” sərgi-konfransı dünyanın müxtəlif ölkələrindən və qurumlardan olan ekspertlərlə üz-üzə fikir mübadiləsi aparmaq, təcrübələri paylaşmaq üçün çox gözəl fürsətdir”, — deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.
Qeyd edək ki, “Sibos” — hər il Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən beynəlxalq maliyyə sənayesi üçün təşkil olunan və dünyanın böyük şəhərlərində baş tutan sərgi-konfransdır. 9 oktyabrda Kapital Bank-ın nümayəndə heyəti builki “Sibos” səfəri çərçivəsində üzv olduğu Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyasının (BAFT) Qlobal İllik Yığıncağında da iştirak edib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)











.jpg)




