"Kənd təsərrüfatı sektorunda KOB-ların çətinlikləri var"
Pandemiya təsirləri, geosiyasi məkanda baş verən proseslər, iqlim dəyişikliyi, torpaq və su resurslarının daha da məhdudlaşması dünyada, o cümlədən Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini üçün yeni çağırışlar yaradır.
Bunu “Aqrobiznes - yeni imkanlar və müasir çağırışlar" mövzusunda ictimai müzakirə zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. O qeyd edib ki, bu gün, kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılması həm istehsalçılar, həm də dövlət qarşısında duran əsas məsələlərdəndir.
Orxan Məmmədov hazırda ölkədə kənd təsərrüfatı sektorunda olan əsas problemlərdən də bəhs edib.
"Əsas məsələ, istehsal mərhələsidir. Aqrar sığorta mexanizminin geniş tətbiq edilməməsi, kənd təsərrüfatı təyinatlı torpaqlarda təyinat dəyişməsi ilə bağlı məsələlər var. Təsərrüfat subyektləri ərazilərində əsas fəaliyyətləri üzrə xidməti tikililərin, saxlanc yerlərinin qurulmasına icazə verilmir və sahibkarlar cərimələnir. Təklif edirik ki, bu tip oxşar hallarda müvafiq tikililərin qurulmasına icazə mexanizmlərinin hazırlanması ilə bağlı qanunvericiliyə yenidən baxılsın. Keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinin əlçatan olmaması, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, emal mərhələsi, qida təhlükəsizliyi sayəsində sənədləşdirmə prosedurlarının çətinliyi, emal zamanı istifadə edilən bəzi xammal məhsullarına gömrük və vergi rüsumlarında güzəştin olmaması kimi problemlər var. Həmçinin, dünyada ərzaq qiymətlərinin yüksəldiyini nəzərə alaraq rüsumların differensiallaşdırılması təklif edilə bilər. Texnoloji avadanlıqların köhnəlməsi, peşəkar texnoloqların azlığı, satış mərhələsi, bazarlara çıxış imkanlarının genişləndirilməsi, qablaşdırma və saxlanc məsələlərində də KOB-ların çətinlikləri var", deyə - KOBİA sədri qeyd edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























