Vergi və sosial sığorta ödənişlərini hesaba qaytaran sığortaya maraq artıb
Həyatın yaşam sığortası üzrə hesablanmış sığorta haqları kəskin artıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, həyatın yaşam sığortası üzrə hesablanmış sığorta haqları 2022-ci ilin 8 ayında (yanvar-avqust) ötən ilin eyni dövrü ilə müqayisədə 75 milyon 669 min manat və ya 40,2% artaraq263 milyon 970 manat təşkil edib. Ötən ilin 8 ayında həyatın yaşam sığortası üzrə 188 milyon 301 min manatlıq sığorta haqqı hesablanmışdı.
Həyatın yaşam sığortası üzrə sığorta ödənişləri isə 2021-ci ilin yanvar-avqust dövründə 188 milyon 154 min manat ikən, 2022-ci ilin yanvar-avqust dövründə 155 milyon 446 min manat olub.
Həyatın ölüm halından sığortası üzrə hesablanmış sığorta haqları isə ötən ilin 8 ayındakı 26 milyon 420 min manatdan, cari ilin 8 ayında 17 milyon 309 min manata düşüb. Sığorta ödənişləri isə 2 milyon 190 min manatdan 1 milyon 858 min manata geriləyib.
4 həyat sığortası şirkətindən "PAŞA Həyat" 278 milyon 987 min manat, "Atəşgah Həyat" 33 milyon 170 min manat, "Qala Həyat" 13 milyon 719 min manat, "Meqa Həyat" isə 1 milyon 305 min manat sığorta haqları hesablayıb.
Qeyd edək ki, həyat sığortası şirkətləri könüllü həyat sığortası ilə bərabər, icbari həyat sığortası məhsulları da təklif edirlər.
Həyatın Yaşam Sığortasının şərtlərinə görə əməkhaqqınızdan çıxılan vergi və sosial sığorta ödənişləri hesabınıza qayıdır. Üstəlik, həyatınız da sığortalı olur (Daha ətraflı buradan tanış ola bilərsiniz). Belə ki, əməkhaqqınızdan müəyyən hissəni hər ay "Həyatın Yaşam Sığortası"-na yönləndirilir və 3 ildən sonra həmin məbləğdən ödənməli olan vergi və sosial sığorta ödənişləri tam şəkildə hesabınıza qayıdır. Əlavə olaraq, müddətin sonunda həyat sığortası şirkəti əmanət faizi də ödəyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
1 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
1 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI




















