ABŞ-ın strateji neft ehtiyatı tarixi minimuma düşüb
ABŞ-ın strateji neft ehtiyatı 427 milyon barrelə qədər azalaraq 1983-cü ildən bəri ən aşağı səviyyəyə çatıb.
Marja xəbər verir ki, bu barədə cümə günü "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Onun sözlərinə görə, strateji resursun azalması ABŞ prezidenti Co Baydenin yanacağın qiymətini aşağı salmaq məqsədilə ehtiyatlardan 180 milyon barel neftin satışa çıxarılması barədə göstəriş verməsi ilə bağlı olub.
Qəzet qeyd edir ki, heç bir şey ABŞ-ın enerji təhlükəsizliyini təhdid etməsə də, Avropa İttifaqının Rusiyadan neft idxalına qadağasının qüvvəyə minəcəyi dekabrda risk arta bilər.
Nəşrin məlumatına görə, strateji ehtiyatın ümumi həcmi təxminən 727 milyon barel təşkil edir. Qeyd edilib ki, neft ehtiyatlarının bərpasına nə qədər vaxt lazım olacağı hələlik bəlli deyil.
Bayden martın sonunda ABŞ Energetika Nazirliyinə ölkədə benzinin qiymətini azaltmaq üçün 180 gün ərzində strateji ehtiyatdan gündəlik 1 milyon barel neft satılması barədə sərəncam imzalayıb. Müddət payızda sona çatır. ABŞ Energetika Departamenti bu xammalın satışından əldə olunan gəliri növbəti illərdə alış etmək və neft ehtiyatını artırmaq üçün istifadə edəcəkdir. İyulun sonunda Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Brayan Diz bildirmişdi ki, Amerika hakimiyyəti Baydenin təyin etdiyi 180 günlük müddətdən sonra strateji ehtiyatdan neftin satışını davam etdirməyi planlaşdırmır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























