Funt sterlinqin dollara qarşı məzənnəsi 37 ildə ilk dəfə 1,13 dollardan aşağı düşüb
İlin əvvəlində 1,34 dollara bərabər olmuş 1 funt-sterlinq ucuzlaşması çərşənbə günü ABŞ-da faiz dərəcəsinin artırılması fonunda güclənib.Funt sterlinqin məzənnəsi 1985-ci ildən bəri dollar qarşısında ən aşağı səviyyəyə düşüb.
Marja xəbər verir ki, Böyük Britaniyanın rəsmi valyutasının dəyəri 1,2296 dollara geriləyib. 2022-ci ilin əvvəlində funt-sterlinq 1,34 dollara bərabər idi.
Funtun məzənnəsinin düşməsi çərşənbə günü ABŞ-da baza faiz dərəcəsinin artırılması fonunda güclənib. Ötən gün ölkənin mərkəzi bankının funksiyalarını yerinə yetirən ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini ardıcıl üçüncü dəfə 0,75 faiz bəndi artıraraq 3-3,25%-ə çatdırıb.
Valyuta məzənnəsinə təzyiq Böyük Britaniyada cümə gününə planlaşdırılan aralıq büdcənin elanı ilə də əlaqədardır. “The Times” qəzetinin yazdığına görə, büdcə layihəsi, baş nazir Liz Trussın seçkiqabağı vergiləri azaltmaq vədlərini, eləcə də elektrik enerjisinin qiymətlərini dondurmaq planlarını əks etdirəcək. Ekspertlər vurğulayırlar ki, yaxın illərdə Britaniya büdcəsində 100 milyard funt-sterlinq həcmində kəsir yarana bilər.
İngiltərə Mərkəzi Bankının ABŞ Fed-in yolunu izləyəcəyi və cümə axşamı günü faiz dərəcəsini 75 bənd artıraraq 2,5%-ə qaldıracağını açıqlayacağı gözlənilir. Bu, funt sterlinqin kəskin ucuzlaşdığı 1992-ci ildəki "Qara Çərşənbədən" bəri ən böyük artım olacaq.
Uçot dərəcəsinin artırılmasının köməyi ilə tənzimləyici inflyasiyanı cilovlamağa çalışır ki, bu da öz hesablamalarına görə ilin sonuna kimi 13%-ə çatmalıdır. Rusiya ilə Qərbin qarşıdurması fonunda Avropa qazının rekord qiymətləri hesabına elektrik enerjisinin bahalaşması ölkədə inflyasiyanı sürətləndirir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























