Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsind 5 milyon manatı Elm və Təhsil Nazirliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının ərazisində quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı
Sıra №-si | Tədbirin adı | Ayrılan vəsait (min manatla) | İcra müddəti |
| 1. | Kürdəmir rayonunun Axtaçı kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 285,0 | 2022 |
| 2. | Şamaxı rayonunun II Cabanı kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması | 355,0 | 2022 |
| 3. | Ağstafa rayonunun Köçvəlili kəndində 132 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması | 424,0 | 2022 |
| 4. | Daşkəsən rayonunun Tapan kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 256,0 | 2022 |
| 5. | Goranboy rayonunun Kürəkçay kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması | 256,0 | 2022 |
| 6. | Şəmkir rayonunun Ələsgərli kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması | 386,0 | 2022 |
| 7. | Xaçmaz rayonunun Şıxlar kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması | 256,0 | 2022 |
| 8. | Qusar rayonunun Hil sirt kəndində 132 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 424,0 | 2022 |
| 9. | Cəlilabad rayonunun Moranlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 382,0 | 2022 |
| 10. | Cəlilabad rayonunun Sarxanlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 382,0 | 2022 |
| 11. | Cəlilabad rayonunun Əsədli kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması | 386,0 | 2022 |
| 12. | Lerik rayonunun Osyodərə kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması | 210,0 | 2022 |
| 13. | Lerik rayonunun Buruq kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 256,0 | 2022 |
| 14. | Masallı rayonunun Sarıcəfərli kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 386,0 | 2022 |
| 15. | Yardımlı rayonunun Cirimbel kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması | 356,0 | 2022 |
| Cəmi: | 5.000,0 |
|
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
14 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
21 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
50 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
58 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir






.jpg)
.jpg)






.jpg)








