Rusiya XİN vəziyyəti sabitləşdirmək üçün Bakı və İrəvanla sıx təmasdadır
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi ilkin mərhələdədir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA-ya müsahibəsində bildirib.
“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi ilkin mərhələdə olduğundan bizim vəzifəmiz işin maksimum səmərəliliyini təmin etmək üçün bütün lazımi şəraiti yaratmaq, sərhəd zonasında sabitlik və təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə yardım etmək, bu fəaliyyətə kənardan müdaxilə etmədən, hər iki tərəf üçün çox həssas olan sərhəd məsələlərində siyasiləşməyə və kəskinləşməyə yol verməməkdir. Təəssüf ki, bu, kəsintisiz olmur. Sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədində vəziyyət kəskin şəkildə gərginləşib", deyə rusiyalı diplomat vurğulayıb.
O, Rusiya Xarici İşlər Nazirliyi tərəfləri vəziyyəti daha da gərginləşmədən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırıb.
Rusiya XİN rəsmisi Brüsselin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasındakı vasitəçilik missiyasından da danışıb. Bildirib ki, Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağı qarşılarına məqsəd qoyduqlarını belə gizlətmir.
Onun sözlərinə görə, Brüsselin Moskvanın Bakı və İrəvanla üçtərəfli işinə müdaxilə cəhdləri Qərbin Rusiyaya qarşı başlatdığı sanksiya kampaniyası və ATƏT-in Minsk Qrupu vasitəsilə birgə işi dayandırması fonunda baş verir.
"Bunlar bizim oynamadığımız sıfır nəticəli geosiyasi oyunlardır. Biz hər gün əməli işlərlə məşğul oluruq ki, bu da liderlərimiz və xarici işlər nazirləri arasında birbaşa təmaslara, ölkələrimizin tarixi yaxınlığına, maraqların bir-birinə qarışmasına əsaslanır və ümumi regionumuzda daha təhlükəsiz və firavan gələcəyin qurulmasına istiqamətlənir ”, - rusiyalı diplomat vurğulayıb.
Qonçar Moskvanın Bakı və İrəvanla sıx təmasda olduğunu və vəziyyəti mümkün qədər tez sabitləşdirmək üçün bütün tədbirləri gördüyünü söyləyib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 30 d. əvvəl
-
- 36 d. əvvəl
- 45 d. əvvəl
-
56 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)




.jpg)



.jpg)





