Qiymətlər üzümçüləri qane etmir - "30-50 qəpiyə satmaq məcburiyyətindəyik”
"On il bundan əvvəl 1 manata satdığımız məhsulu bu gün 30-50 qəpiyə satmaq məcburiyyətindəyik”Cəlilabadın üzüm bağlarında yığım davam edir. Mövsüm başlayandan bu günədək toplanan 7 min tondan çox məhsulun 300 tona yaxını xarici bazarlara ixrac olunub. Bağ sahibləri daxili bazarda qiymətin ucuz olmasından narazıdırlar.
Cəlilabadın üzüm bağlarında məhsul bu il də boldur. Artıq bir aydır ki, bağ sahibləri məhsul yığımına başlayıblar. “Həməşərə”, “Bayanşirə”, “Mədrəsə”, “Ağşanı”, “Qaraşanı” və digər adı dillər əzbəri olan üzüm sortları ilə tanınan Cəlilabadda, hazırda xarici ölkələrdən gətirilən 9 sort məhsuldar üzüm növü də becərilir.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Cəlilabad dayaq məntəqəsinin müdiri Azad Əkbərovla söhbət zamanı bildirib ki, fermerlər bağlara yaxşı qulluq ediblər, lazımi aqro-texniki qulluq tədbirləri vaxtında aparılıb. Ona görə də yaxşı məhsul var: “Cəlilabad rayonunda bu il məhsuldarlıq çox yüksəkdir. Keçən il 15-17 ton məhsul yığılmışdısa, bu il 18-20 ton məhsul gözlənilir”.
Ötən aydan yığıma başlayan fermer Əliheydər Salmanov isə minbir zəhmətlə ərsəyə gətirdiyi məhsulun son iki ildə ucuz satılmasına görə narahatdır. “Məhsuldarlıq yüksəkdir, dövlət tərəfindən lazımi dəstəyi və köməyi alırıq. Amma bir problemimiz var, o da məhsulun qiymətidir. On il bundan əvvəl 1 manata satdığımız məhsulu bu gün 30-50 qəpiyə satmaq məcburiyyətindəyik”.
Hazırda tədarük olunan məhsul elə bağda işçilər tərəfindən çeşidlənərək yerli və xarici bazar üçün qablaşdırılır. İxraca əsasən “Artika”, “Sultaniyyə”, “Prima” kimi Fransız üzüm sortları göndərilir.
Söhbət etdiyimiz digər fermer Mirhəbib Salmanlının 15 hektara yaxın üzüm bağı var. Bu bağda 9 sort üzüm yetişdirib. Hələlik 4 sort üzümün yığımı aparılır. “Yığdığımız “Sultaniyə”, “Sentenial”, “Arktika” və “Ora” sortlarıdır. Bunların tingləri Fransadan gətirilib. Yaxın günlərdə o biri sortları da yığmağa başlayacağıq. Keçən ilə nisbətən məhsuldarlıq yaxşıdır. Satış məsələsində problemlərimiz var. Belə ki, daxili bazarda qiymətlər ucuzdur. Ona görə də, hələ ki, xaricə ixrac etməyə üstünlük veririk”.
Qeyd edək ki, rayon üzrə 1475 hektar üzüm bağları var, bunun da 1400 hektarı bar verir. Orta məhsuldarlıq hələlik 120 sentnerdən çoxdur. Məhsulun 300 tondan çoxu Rusiya bazarlarına ixrac olunub.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
4 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
5 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
5 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























