Gömrük Sərhəd-Buraxılış Məntəqəsində yeni TIR parkı tikilir
Naxçıvan MR-nın Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsində ticarətin asanlaşdırılması məqsədilə yeni TIR parkı tikilir.
Komitənin yaydığı məlumata görə, 7,3 hektar sahəni əhatə edəcək park nəqliyyat vasitələrinin dövlət sərhədindən keçidinin intensivliyinin artırılmasına, nəqliyyat axınının idarə olunmasına, sərhədkeçmə proseslərinin səmərəli təşkilinə xidmət edəcək, mərkəz rolunu oynayacaq. Belə ki, nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə Sədərək dövlət sərhədindən buraxılış məntəqəsindəki əməliyyatların bir hissəsi bu mərkəzdə yerinə yetirilə biləcək. Bu məqsədlə inşa olunan xidmət binasının uzunluğu 24 metr, eni isə 12 metrdir. Burada gözləmə zalı və rəsmiləşdirilmə bölməsi, yeməkxana, qazanxana, anbar və texniki işçilər üçün otaqlar yaradılıb. Binada inşaat işləri yekunlaşıb. Su, kanalizasiya, elektrik xətləri quraşdırılıb, istilik və havalandırma sistemləri qurulub. Hazırda TIR parkının ərazisi asfaltlanır, yeni işıqlandırma dirəkləri qurulur, səkilərə daş düzülür, çəpərləmə və yaşıllaşdırma tədbirləri görülür. İşlər yekunlaşdıqdan sonra 700-dən artıq yük nəqliyyat vasitəsi əraziyə daxil ola biləcək.
"Yeni TIR parkının istifadəyə verilməsi sürücülərin də işini asanlaşdıracaq, onların rahatlığı təmin olunacaq. Təhlükəsizlik və nəzarət məqsədilə ərazidə müasir kameralar quraşdırılacaq", - deyə məlumatda qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 26 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 31 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)










