“B.Sərdarov adına Maşınqayırma Zavodu” bu qiymətə özəlləşdirildi
“B.Sərdarov adına Maşınqayırma Zavodu” MMC olub. Ümumi faydalı sahəsi 58 472 kvadratmetr, torpaq sahəsi isə 117 787 kvadratmetr olan müəssisə 14 milyon 489 min 788 manata özəlləşdirilib.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 23-də keçirilən növbəti hərracda 1 dövlət müəssisəsi, 10 nəqliyyat vasitəsi özəlləşdirilib.
Marja Xidmətə istinadən xəbər verir ki, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 65 sifariş qəbul olunub, bunun 19-u elektron qaydada həyata keçirilib.
Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Binəqədi rayonunda yerləşən “B.Sərdarov adına Maşınqayırma Zavodu” MMC olub. Ümumi faydalı sahəsi 58 472 kvadratmetr, torpaq sahəsi isə 117 787 kvadratmetr olan müəssisə 14 milyon 489 min 788 manata özəlləşdirilib.
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 ünvanında yerləşən "B.Sərdarov adına maşınqayırma zavodu"nu alan şəxsin adı açıqlanmayıb.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu).
Məlumat üçün bildiririk ki, növbəti hərrac 30 avqust tarixində keçiriləcək. Hərracda iştirakçılara 55 dövlət əmlakı təklif edilir. Bunlardan 6-sı səhmdar cəmiyyətlərin səhm paketi, 12-si kiçik dövlət müəssisə və obyekti, 1-i yarımçıq tikili, 36-sı isə nəqliyyat vasitəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
5 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
10 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
11 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Ən çox oxunanlar
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi





















