Çinin xəbərdarlıqlarına baxmayaraq Pelosinin Tayvana gedəcəyi gözlənilir - HƏRBİ MÜNAQİŞƏ RİSKİ
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin çərşənbə axşamı Sakit okean hövzəsi ölkələri turu çərçivəsində Çinlə suverenlik münaqişəsində olan Tayvana səfəri gözlənilir.Çinin xəbərdarlıqlarına baxmayaraq, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin çərşənbə axşamı Tayvana səfəri gözlənilir.
Marja xəbər verir ki, Pelosinin proqramı ilə bağlı ilk xəbəri Tayvanın hökumətyönlü partiya qəzetlərindən biri olan "Liberty Times" yayıb. Tayvanın Xarici İşlər Nazirliyi Pelosinin marşrutu ilə bağlı şərh verməkdən imtina edib.
Çin prezidenti Si Cinpinin xəbərdarlıqlarına baxmayaraq, Pelosinin Tayvana mümkün səfərinin iki ölkə arasında hərbi münaqişə riskini artıracağı proqnozlaşdırılır.
Mövzu ilə bağlı açıqlama verən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien, Pekində təşkil edilən gündəlik mətbuat konfransında Pelosinin səfər proqramında Tayvanın adının çəkilməməsi ilə bağlı suala cavab olaraq, "Biz bu açıqlamanı gördük. Gündəmini yaxından izləyirik”, - deyib.
Parlament sədrinin rəsmi internet saytında dünən yayımlanan açıqlamada Pelosinin 5 nəfərlik Konqres heyəti ilə Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyaya səfər edəcəyi bildirilib, Tayvanın adı çəkilməyib.
Səfərlə bağlı ciddi narahatlıqlarının olduğunu və dəfələrlə etirazlarını ifadə etdiklərini vurğulayan sözçü Cao, "Mümkün bir səfər Çinin daxili işlərinə açıq müdaxilə demək olacaq və Çinin suverenliyini və ərazi bütövlüyünü pozacaq. Pelosi israrlı olsa, səfərin ciddi nəticələri olacaq”,- ifadələrdən istifadə etmişdir.
“Çin öz ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirlər görəcək”
İyulun 28-də ABŞ prezidenti Co Baydenlə telefon danışığında prezident Si Cinpin bildirib ki, Çinin Tayvan məsələsindəki mövqeyi “suverenlik və ərazi bütövlüyünü qorumaq üçün 1,4 milyard çinlinin ümumi iradəsidir, xalqın iradəsi pozula bilməz. Odla oynayanlar yanacaqlar".
"ABŞ tərəfinə xatırlatmaq istərdik ki, Çin istənilən ehtimala hazır olacaq və Çin ordusu boş dayanmayacaq. Çin tərəfi öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirləri görəcək",- Cao bildirib.
Ağ Ev: Pelosinin Tayvanı ziyarət etmək hüququ var
Ağ Evdə mətbuat konfransı keçirən Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi, Pelosinin Tayvana mümkün səfəri ilə bağlı suala bildirib ki, Pelosi daha əvvəl də Tayvana səfər edib və Konqres üzvləri tərəfindən belə səfərlərin bu il də edildiyini və gərginliyin artmasının mənasız olduğunu bildirib.
Kirbi, Pelosinin Tayvana səfərinin çox təbii bir məsələ olduğunu və bu səfəri etmək hüququna malik olduğunu deyib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























