Kapital Bank II Milli Yaylaq Festivalında iştirak edib
(®) Kapital Bank 29-31 iyul 2022-ci il tarixlərində Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən Xan yaylağında keçirilən II Milli Yaylaq Festivalında iştirak edib. “Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən festivalda 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edib.
Festivalda Kapital Bank tərəfindən təşkil olunan çadırda qonaqlara bir sıra bank xidmətləri təqdim edilib, bank məhsullarının şərtləri barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin Birbank taksit kartı, kredit xətti, nağd pul krediti, sahibkarlara verilən kreditlər üzrə müraciətlər toplanıb və müvafiq filiallara yönəldilib. Bundan başqa ərazidə Kapital Bank bankomatı da yerləşdirilib.
Qeyd edək ki, II Milli Yaylaq Festivalının Milli yaylaq oyunları çərçivəsində qonaqların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə müxtəlif yarışlar keçirilib. Festivalda mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim ediblər. Burada KOBİA tərəfindən yaradılan “Sənətkarlıq məhəlləsi”ndə müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərgərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və sair nümayiş olunub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 17 saat əvvəl
-
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 20 saat əvvəl
-
20 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
20 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
20 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 20 saat əvvəl
-
21 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















