Azərbaycanda kreditlərin artması yavaşlayıb
Banklar tərəfindən müştərilərə verilmiş kreditlərin artım tempi Aprel ayından yavaşlamaqdadır. Müştərilərə verilmiş kreditlər Mart ayında 401,7 milyon manat artmışdısa, iyunda artım 221,7 milyon manat təşkil edib.Azərbaycanın bank sektorunun kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ilin may ayı ilə müqayisədə iyun ayında 221,7 milyon manat artaraq 30 iyun 2022-ci il tarixində 18 milyard 320 milyon manata çatıb. Bank sektorunun cəmi kredit portfeli yanvarda 122,3 milyon manat, fevralda 345,1 milyon manat, martda 401,7 milyon manat, apreldə 312,2 milyon manat, mayda 257,9 milyon manat artmışdı. Beləliklə, iyun ayında da kredit portfelinin artım tempi yavaşlayıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə (ilk 6 ayda) bank sektorunun kredit portfeli 1 milyard 660.9 milyon manat artıb.
2022-ci ilin may ayı ilə müqayisədə iyun ayında biznes kreditləri 67,7 milyon manat artaraq 10 milyard 481,7 milyon manata, istehlak kreditləri 114,4 milyon manat artaraq 5 milyard 189,8 milyon manata, ipoteka kreditləri isə 39,6 milyon manat artaraq 2 milyard 648,5 milyon manata çatıb.
İlk 6 ayda biznes kreditləri 741,7 milyon manat, istehlak kreditləri 671,4 milyon manat, ipoteka kreditləri isə 247,8 milyon manat artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)









