Azercell və PAŞA Bankdan unikal məhsul
“Azercell Telekom”un yenilənmiş “Kabinetim” mobil tətbiqi üzərindən təqdim edilən bu məhsul vasitəsilə bütün elektron ticarət obyektlərində nağdsız ödənişləri daha rahat və çevik şəkildə həyata keçirmək, həmçinin hesabı artırmaq mümkün olacaq.Bankın yaydığı məlumatda bildirilir ki, “PAŞA Bank”, “Azercell Telekom” tərəfindən istifadəyə verilən rəqəmsal kart layihəsinin əsas təminatçısı və tərəfdaşı qismində çıxış edir. Eyni zamanda “Visa” ödəniş sistemləri və “AzİnTelecom” şirkəti layihənin digər tərəfdaşları sırasındadırlar.
Beləliklə, Azərbaycanda ilk dəfə olaraq telekommunikasiya şirkəti ödəniş xidmətləri təklif edərək nağdsız ödənişlərə töhfə verəcəkdir. Belə ki, “Azercell Telekom”un yenilənmiş “Kabinetim” mobil tətbiqi üzərindən təqdim edilən bu məhsul vasitəsilə bütün elektron ticarət obyektlərində nağdsız ödənişləri daha rahat və çevik şəkildə həyata keçirmək, həmçinin hesabı artırmaq mümkün olacaq. Bu unikal rəqəmsal məhsul üzrə kartların yaradılması və idarə olunması açıq bankçılıq funksionallığına əsaslanır. Bu məhsulda “PAŞA Bank” kart əməliyyatlarının icrası üzrə təminatçı qismində çıxış edir.
“PAŞA Bank”ın idarə heyətinin üzvü Cəlal Orucovun sözlərinə görə, artıq müştərilər bizneslərin fəaliyyət sahəsindən asılı olmayaraq daha çox onlayn imkanların təqdim olunmasını istəyir və hətta tələb edirlər.
“Sürətlə dəyişən dünya müştərilərin ehtiyaclarını da birmənalı şəkildə dəyişir. Bu isə, müştərilər üçün fərqli və daha rahat formatda bank xidmətləri təklif edə bilən yeni “fintech” startaplarının yaranmasına təkan vermiş olur. Belə bir dövrdə biz, müxtəlif sahibkarlıq sahələri arasında əlaqələndirici olaraq bazara ən müasir məhsullar və rəqəmsal həllər təklif etməyi hədəfləyirik. “Azercell Telekom” ilə tərəfdaşlıqda ərsəyə gələn rəqəmsal kart layihəsi də bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdəndir. İnanıram ki, ölkəmizdə sahələrarası əməkdaşlıqlar daha da genişlənəcək və Azərbaycanın tərəqqisinə əhəmiyyətli töhfə verəcəkdir”, - deyə Cəlal Orucov vurğulayıb.
“PAŞA Bank” 15 illik fəaliyyəti boyunca bizneslərin etibarlı tərəfdaşı olaraq müştərilərin artan ehtiyaclarının öncədən təyin edilməsinə, onların ehtiyaclarına uyğun şəkildə hazırlanmış məhsul və xidmətlər dəstinin təklif olunmasına xüsusi önəm verib. Bununla da Bank, biznes proseslərini sadələşdirməkdə, sahibkarlara zamanlarına qənaət etməkdə, bütün diqqəti bizneslərinin inkişafına yönəltməkdə yardımçı olmağı və bu istiqamətdə fəaliyyətini genişləndirməyi hədəfləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























