MEDİA-nın təşkilatçılığı ilə "Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilib
21 iyul tarixində-Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən "Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilib.
Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, beynəlxalq media və ictimaiyyət nümayəndələri, xarici və yerli media ekspertlərinin iştirak etdiyi konfransın təşkil edilməsində məqsəd Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, müasir dövrdə media islahatları, əldə olunan ilkin nəticələr və təhlilə yönələn fikir mübadiləsinin aparılmasıdır.
MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov açılış nitqində bildirib ki, Medianın İnkişafı Agentliyi ilk növbədə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki və hüquqi bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir. Konfrans "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin moderatoru olduğu panel sessiyanın müzakirəsi ilə davam edib.
Paneldə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, Ümummilli Liderin həyata keçirdiyi fundamental islahatlar nəticəsində müstəqil Azərbaycanın informasiya siyasətinin prioritetləri müəyyən edilmiş, senzura ləğv edilmiş, media üzərində dövlət nəzarəti aradan qaldırılmış, onun maddi- texniki bazası möhkəmləndirilmiş, yeni inkişaf perspektivləri açılmışdır. Səadət Yusifova cəmiyyətin həyatında medianın rolunun durmadan artdığını deyib, medianın fəaliyyətində hər zaman obyektivlik, modernləşmə, rasionallıq, kreativlik, sosial məsuliyyət prinsiplərinin, milli maraqların daim rəhbər tutulmasının zəruriliyini vurğulayıb.
Konfrans çərçivəsində MEDİA-nın yenilənmiş veb-saytının təqdimatı olub. Agentliyin nümayəndəsi Ləman İsgəndərova bildirib ki, sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar nəzərə alınmaqla yenidən qurulub. Yenilənmiş veb-sayt informativ olmaqla yanaşı istifadəçilər üçün daha əlçatan olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
45 d. əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 4 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 23 saat əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























