Kapital Bank-ın dəstəyi ilə startap tədbiri keçiriləcək
(®) 18 iyul 2022-ci il tarixində “JW Marriott Absheron Baku” hotelində Kapital Bank-ın dəstəyi və SABAH.lab Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin ən böyük startap və innovasiyalar tədbirlərindən biri baş tutacaq.
“Baku ID” adlı tədbirin əsas məqsədi Azərbaycanın ən güclü startap layihələrini yerli və beynəlxalq investorlara və ekspertlərə təqdim etmək, həmçinin ölkənin innovasiyalar ekosisteminin gələcəyini müzakirə etməkdir.
“Baku ID”də SABAH.lab-ın 21 rezident komandası və 9 müstəqil komanda çıxış edərək, tədbir iştirakçılarına öz startapları barədə ətraflı məlumat verəcəklər. Layihələr təhsil, tibb, moda, insan resursları texnologiyaları, elektron ticarət, NFT və blokçeyn texnologiyaları, influenser marketinq və digər sahələri əhatə edir. Tədbir haqqında ətraflı məlumatı www.bakuid.com saytından əldə etmək olar.
Qeyd edək ki, SABAH.lab Akselerasiya Mərkəzi 2021-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşəbbüsü ilə yaradılıb. Mərkəz fəaliyyəti dövründə “Yarat” və “Sürət” akselerasiya proqramlarını uğurla icra edib. SABAH.lab Avropanın ən nüfuzlu biznes məktəblərindən biri sayılan “IE Business School” ilə tərəfdaşlıq edir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
33 d. əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 4 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
23 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















