"Bizə borcu artmaqda davam edir. Bu rəqəm 20 milyon manatın üzərindədir"
“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi"nə bu il üzrə mövsümü borcu 20 milyon manat üzərindədir.
Bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində bildirib.
“Bizim yığımla bağlı göstəricilər daha da yüksək ola bilərdi, ancaq “Azəristiliktəchizat”ın bizə borcu artmaqda davam edir. Bu rəqəm 20 milyon manatın üzərindədir. Onu görə də, bizim yığım səviyyəmiz 105% deyil, 110% ola bilərdi”, - Ruslan Əliyev qeyd edib.
Onun sözlərinə görə, “Azəristiliktəchizat”a artıq xüsusi müraciətlər edilib.
“Yay aylarında satışlarımızın az olduğu üçün, işçilərin əməkhaqqısı, təmir-tikinti proqramı, qazlaşma proqramının həyata keçirilməsi üçün bizə daha çox vəsait lazım olur, ona görə də biz “Azəristiliktəchizat” bununla bağlı müraciət etmişik”, - baş direktor əlavə edib.
Ruslan Əliyev əlavə edib ki, 300 artıq qazpaylayıcı stansiya SOCAR-ın Qaz İxrac İdarəsinin tabeçiliyindən “Azəriqaz”ın tabeçiliyinə verilir. Bununla bağlı SOCAR rəhbərliyi tərəfindən qərar qəbul edilib və təhvil-təslim, işçilərin yerləşdirilməsi prosesinə artıq start verilib.
“Bizim həm əməkhaqqı fondumuz artır, həm gələcəkdə təmir-tikinti işlərimiz artır, bununla da bağlı heç bir tarifə də bir dəyişiklik olmur, ona görə də biz maksimum çalışmalıyıq ki, debitor borclarımızın yığılması üzərindən bu xərclərimizi ödəyə bilək”, - Ruslan Əliyev vurğulayıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)






