G-20 ölkələri 60 trilyon dollarlıq iqtisadiyyatı idarə edir
ABŞ, Yaponiya, Çin, Almaniya və Türkiyə kimi ölkələrin yer aldığı G-20, təxminən 60 trilyon dollarlıq iqtisadiyyatı idarə edir. Dünya bazarları bu ölkələrdəki iqtisadi prosesləri yaxından izləyir.
Hazırkı sədri kimi 7-8 İyulda G-20 Sammitinə ev sahibliyi etməyə hazırlaşan Almaniya, dünyanın böyük iqtisadiyyatlarının liderlərini qarşılamağa hazırlaşır. Liderlər, Hamburq Sammitində azad ticarət, maliyyə bazarlarının nəzarət, terrorizm, miqrasiya məsələlərini ətraflı müzakirə edəcəklər.
"Marja" xəbər verir ki, Almaniya Federal Statistika Bürosu tərəfindən açıqlanan 2016-cı il məlumatlarına görə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin bir araya gəldiyi G-20-də, Türkiyə, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Argentina, Avstraliya, Braziliya, Çin, İndoneziya, Hindistan, Rusiya, Meksika, Cənubi Koreya, Cənubi Afrika, Səudiyyə Ərəbistanı və qurum olaraq da Avropa İttifaqı (Aİ) yer alır.
G-20-nin üzvü 19 ölkə arasında satın alma gücü baxımından adambaşına düşən milli gəlirdə ABŞ 57 min 436 dollarla ilk sırada yer alır. Səudiyyə Ərəbistanında adambaşına milli gəlir 55 min 158 dollar, Avstraliyada 48 min 899 dollar, Almaniyada 48 min 111 dollar və Kanadada 46 min 437 dollar olaraq hesablanır.
Hindistan, G-20 ölkələri arasında 6 min 616 dollarla ən aşağı adambaşına milli gəlirə malik ölkə kimi diqqəti çəkir. Bu kateqoriyada Türkiyə, 24 min 912 dollar ilə G-20 ölkələri arasında 12-ci sırada yerləşir.
G-20 ölkələri təxminən 60 trilyon dollarlıq iqtisadiyyatı idarə edir. Ümumi Daxili Məhsul baxımından 18 trilyon 569 milyard dollar ilə ABŞ bu sahədə ilk sırada yer alır. Növbəti yerlərdə, Çin, (11 trilyon 218 milyard dollar) Yaponiya (4 trilyon 939 milyard dollar), Almaniya (3 trilyon 467 milyard dollar) gəlir. G-20-də qurum kimi Aİ-nın də ümumi iqtisadi böyüklüyü 16 trilyon 408 milyard ilə diqqəti çəkir.
Milli gəliri 857 milyard dollar olan Türkiyə G-20 ölkələri arasında 16-ci sırada yer alarkən, Argentina 545 milyard dollar, Cənubi Afrika 294 milyard dollar ilə son iki sırada yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























