PAŞA Həyat-ın dəstəyilə növbəti “Yay Futbol Düşərgəsi” layihəsi start götürüb - FOTOLAR
(®) PAŞA Həyat və Kapital Bankın sponsorluğu, Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi, "Sumqayıt Futbol Klubu"nun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsinin birinci mərhələsi baş tutub.
28 iyun 2022-ci il tarixində start götürən layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. İlk qrupun son günündə bütün iştirakçılar mükafatlandırılıb. "Kapital Bank Arena"nın konfrans zalında baş tutan mərasimdə "Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, Müşahidə Şurasının üzvləri - sədr Abdulla Məmmədov, Telman Salahov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Cəmilə Fəyyaz, PAŞA Həyat və Kapital Bankın nümayəndələri iştirak edib.
Layihənin birinci mərhələsinin yekunu ilə əlaqədar olaraq, ilk qrupun iştirakçıları tərəfindən müxtəlif kompozisiyalar tədbir iştirakçılarına nümayiş etdirilib. Tədbir zamanı bütün iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, sponsorların ayırdığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib.
Qeyd edək ki, ümumilikdə, 48 məktəbdən 120-ə yaxın məktəblinin qatılacağı bu layihə 2014-cü ildən PAŞA Həyat və Kapital Bankın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 1000-dən çox məktəbli bu tədbirin iştirakçısı olub.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir. Məhsul və xidmətlər barədə daha ətraflı məlumat almaq üçün - PAŞA Həyat (PASHA Life) (pasha-life.az).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















