ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi
ABB İnnovasiya Mərkəzində 2-ci İnkubasiya proqramına qəbul edilmiş layihələrin təqdimatı mərasimi keçirilib.
Proqrama ümumən 151 komanda muraciət edib. Aparılan seçimlərə əsasən, 25 komanda 8 həftəlik intensiv preinkubasiya proqramında iştirak imkanı qazanıb. Bu komandalardan isə 10-u növbəti mərhələ kimi inkubasiya mərhələsinə keçib.
İnkubasiya mərhələsini də uğurla başa vurmuş bu komandalar hazır layihələrini ABB İnvestor Klubunun üzvləri, ABB-nin rəhbər şəxsləri və digər sahə ekspertləri qarşısında təqdim ediblər. Bu layihələr Fintech, Elektron ticarət, iqtisadi dayanıqlılıq və s. bu kimi sahələri əhatə edir.
İntensiv təlim proqramlarını özündə cəmləşdirən 2-ci İnkubasiya proqramı startap komandalarına öz ideyalarını biznesə çevirməkdə dəstək olub. Komandaların 1 avqust 2022-ci il tarixinədək investorlarla görüşlərinin keçirilməsi nəzərdə tutulub. İnvestisiya cəlb edə bilən, məhsullarını inkişaf etdirməyi bacaran və satışa hazır olan komandalar ABB İnnovasiya Mərkəzinin Akselerasiya proqramına keçid alacaqlar.
Xatırladaq ki, Mərkəzin 1-ci proqramında da 12 startap layihəsi müvafiq mərhələləri uğurla başa vurub. Beləliklə, ABB İnnovasiya Mərkəzi indiyə qədər investorlara 22 startap layihəsi təqdim edib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







