BVF ABŞ-ın iqtisadi artım proqnozlarını aşağı saldı
Beynəlxalq Valyuta Fondu (BVF) bu il ABŞ iqtisadiyyatı üçün artım gözləntisini 3,7 faizdən 2,9 faizə, 2023-cü il üçün proqnozunu isə 2,3 faizdən 1,7 faizə endirib.
Marja xəbər verir ki, ABŞ iqtisadiyyatının yeni növ koronavirus (Covid-19) şokundan güclü şəkildə sağaldığı qeyd edilərək, çevik iqtisadiyyatın üstünlükləri ilə birlikdə misli görünməmiş təşviqlərin müsbət təsirləri olduğu bildirilib.
Açıqlamada tədarük zəncirindəki maneələrin gözlənildiyindən daha qalıcı olduğuna diqqət çəkilərək, Rusiyanın Ukraynaya hücumu və Çinin Covid-19 pandemiyasına qarşı tətbiq etdiyi karantin tədbirlərinin yeni narahatlıqlara səbəb olduğu qeyd edilib.
"Tənəzzüldən xilas olacağını gözləyirik"
Açıqlamada, inflyasiyanın geniş miqyaslı artımının həm ABŞ, həm də qlobal iqtisadiyyat üçün sistemli risklər yaradan reallığa çevrildiyi bildirilib.
Bəyanatda vurğulanıb ki, tənəzzülə yol vermədən əmək haqqı və qiymət artımını sürətlə yavaşlatmaq siyasətin prioriteti olmalıdır.
"Biz ABŞ iqtisadiyyatının 2022-2023-cü illərdə yavaşlamasını, lakin tənəzzüldən dar bir şəkildə xilas olacağını gözləyirik", - BVF-nin bəyanatında deyilir.
ABŞ iqtisadiyyatının bu il 2,9 faiz artacağının gözlənildiyi bildirilərək, ölkə iqtisadiyyatının gələn il 1,7 faiz, 2024-cü ildə 0,8 faiz, 2025-ci ildə 1,7 faiz, 2026-cı ildə isə 2,1 faiz böyüməsinin gözləndiyi bildirilib.
BVF aprel ayında dərc etdiyi Dünya İqtisadi Proqnozlar Hesabatında ABŞ iqtisadiyyatının 2022-ci ildə 3,7 faiz, 2023-cü ildə isə 2,3 faiz artacağını proqnozlaşdırmışdı.
İnflyasiya proqnozlarının da yer aldığı açıqlamada ABŞ-da inflyasiyanın bu il 5,4 faiz, 2023-cü ildə 2 faiz, 2024-cü ildə 1,8 faiz, 2025-ci ildə 1,8 faiz, 2026-cı ildə isə 1,9 faiz olacağı gözlənilir.
“Tez sağalmanın yan təsirləri oldu”
Covid-19 böhranı zamanı ABŞ-da göstərilən misilsiz maliyyə və pul dəstəyinin müsbət təsirlərinə diqqət çəkən BVF-nin direktoru Kristalina Georgieva, bunların müsbət nəticələrinin də qlobal iqtisadiyyatın canlanmasına dəstək verdiyinə diqqət çəkib:
"Lakin sürətli bərpa gözlənilməz əks təsirlərə səbəb oldu. Ən əsası, əmək haqqı və qiymət inflyasiyasında əhəmiyyətli sürətlənmə oldu. Bu təzyiqlər indi geniş miqyasdadır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)






