“PAŞA Bank” “Telekommunikasiya və maliyyə xidmətləri sənayesi arasında sinerji” mövzusunda dəyirmi masa təşkil edib
15 illik zəngin təcrübəsinə və bazara dair dərin diliyinə əsaslanan “PAŞA Bank”, sənayenin aparıcı simalarını növbəti dəfə bir araya toplayıb. Belə ki, Bankın 21 iyun tarixində “Telekommunikasiya və maliyyə xidmətləri sənayesi arasında sinerji” mövzusunda təşkil etdiyi dəyirmi masaya müxtəlif müəssisələrin, şirkətlərin və startapların nümayəndələri qatılıb.
Bankın yaydığı məlumatda bildirilir ki, tədbirdə İKT sahəsinin hazırkı trendləri və gələcəyi, telekom və maliyyə sənayeləri arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Spikerlər ən yaxşı dünya ölkələri təcrübələri ilə yanaşı, öz şəxsi təcrübələrini də auditoriya ilə bölüşüb.
Tədbirdə salamlama nitqi ilə çıxış edən “PAŞA Bank”ın idarə heyətinin üzvü Bəhruz Nağıyev fəaliyyət sahəsindən asılı olmayaraq, texnoloji vasitələrin tətbiqinin zərurətə çevrildiyini söyləyib.
“Maliyyə qurumları növbəti illərə dair inkişaf strategiyalarını hazırladıqda, bizneslərinin bir çox hissəsində texnoloji tərəfdaşa ehtiyac duyduqlarını görəcəklər. Belə bir məqamda maliyyə institutlarının və texnoloji şirkətlərin əməkdaşlığı yeni biznes modellərinin və həllərinin yaradılması istiqamətində mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq çərçivəsində təklif edilən texnoloji maliyyə yenilikləri bizneslərin davamlı inkişafını dəstəkləməyə və biznes proseslərinin səmərəliliyini artırmağa kömək edir”, - deyə Bəhruz Nağıyev vurğulayıb.
Dəyirmi masanın spikerləri sırasında “PAŞA Holding”in baş iqtisadçısı Elman Eminov, “PAŞA Bank”ın korporativ və institusional bankçılıq departamentinin Avto və Telekom sənaye sahibi Xanbaba Sultanlı, “Azercell Telecom” MMC-nin Big Data və təhlillər departamentinin direktoru Azad Hüseynov və “E-Ticaret Merkezim” şirkətinin təsisçisi Sərkan Koç yer alıb.
Qeyd edək ki, “PAŞA Bank” tərəfindən bu növ tədbirlərin keçirilməsində əsas məqsəd, həm sənaye sahələrində mövcud olan trendlərin, çətinliklərin və çağırışların müzakirə edilməsi, mümkün həll yollarının tapılması, ən yaxşı təcrübələrin nəzərdən keçirilməsi, həm də yeni əməkdaşlıqların qurulması üçün unikal bir platforma yaratmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















