"Rusiya iqtisadiyyatı 40% çökərsə, Putin hakimiyyəti saxlamaqda problem yaşayacaq"
Onun sözlərinə görə, bir sıra ölkələr ABŞ-ın onlarla Rusiya kimi davranacağından ehtiyat edir, ona görə də ölkənin dövlət istiqrazlarından xilas olurlar. Dalio sanksiyaların istənilən effekti əldə etmədiyinə inanır, lakin bunun ABŞ-da yeganə silah olduğunu etiraf edir."Qərb ölkələri də anti-Rusiya sanksiyalarından əziyyət çəkirlər".
Marja xəbər verir ki, bunu Spiegel-ə müsahibəsində "Bridgewater Associates" investisiya şirkətinin təsisçisi, milyarder Rey Dalio (Forbes-a görə 22 milyard dollar) deyib.
“Mən sizə əminliklə deyə bilərəm ki, Qərb də Rusiyaya qarşı sanksiyalardan əziyyət çəkir. Digər ölkələr ABŞ dövlət istiqrazlarından getdikcə daha çox xilas olurlar, çünki onlar Rusiyanın yerində ola biləcəklərindən qorxurlar. Bu, bütün dünyada qüvvələr balansını dəyişir”,- Dalio deyib.
O, sanksiyalar ilə hələ də gözlənilən effektin əldə edilmədiyin etiraf edib.
Onun sözlərinə görə, Rusiyanın ümumi daxili məhsulunun (ÜDM)aşağı düşməsi təxminən 15% təşkil edir ki, bu da "əhali üçün dözümlüdür".
"Putin yalnız iqtisadiyyat daha çox, məsələn, 40% çökərsə, hakimiyyəti saxlamaqda problem yaşayacaq", - maliyyəçi əlavə edib.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin may proqnozuna görə, baza ssenaridə, Rusiya iqtisadiyyatının azalması 2022-ci ildə 7,8%, 2023-cü ildə 0,7% olacaq. 2024-cü ildə iqtisadi artımın bərpa olunacağı gözlənilir.
Mühafizəkar ssenaridə Rusiya iqtisadiyyatının 2022-ci ildə 8,8%, 2023-cü ildə isə 2,9% azalması gözlənilir.
Qərbin sanksiyalarının onları tətbiq edən ölkələrə mənfi təsir göstərməsi faktını iyunun əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski də qeyd edib. Onun fikrincə, bəzi dövlətlərin rəhbərliyi anti-Rusiya sanksiyalarının nəticələrindən yorulub və biznesi qorumaq üçün onları yumşaltmaq yollarını axtarır.
Moskva isə Qərb üçün “bumeranq effekti” barədə xəbərdarlıq edib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























