Rusiya Çinə rekord miqdarda neft ixrac edib
Rusiya may ayında Çinə xam neft tədarükündə lider olub. Moskva çinli alıcılara “böyük endirimlər” təklif edir.Reuters, Çinin Baş Gömrük İdarəsinin məlumatlarına istinadən yazır ki, mayda Çin Rusiya istehsalı olan xam neft idxalını illik müqayisədə rekord nisbətdə - 55% artırıb. Rusiya bu yanacağın Çinə ixracatçıları arasında Səudiyyə Ərəbistanını sıxışdıraraq birinci yeri tutub.
Marja Reuters-ə istinadən xəbər verir ki, May ayında Rusiyadan neft tədarükünün həcmi təqribən 8,42 milyon ton təşkil edib ki, bu da təqribən sutkada 1,98 milyon barelə bərabərdir.
Agentlik qeyd edir ki, bu, aprel ayı ilə müqayisədə 25% çoxdur. Neft həm dəniz, həm də Şərqi Sibir-Sakit Okean boru kəməri ilə çatdırılıb.
Belə dinamika Rusiyanın neft tədarükünə beynəlxalq sanksiyalar fonunda ölkənin çinli alıcılarına təqdim etdiyi böyük endirimlər şəraitində baş verib, xüsusən də dövlətə məxsus “Sinopec” neft emalı zavodu korporasiyası və dövlətə məxsus “Zhenhua Oil” böyük endirimlə yanacaq alıb.
May ayında Səudiyyə Ərəbistanından tədarük olunan neftin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7% artıb. Ər-Riyad bütün ay ərzində 7,82 milyon ton neft tədarük edib ki, bu da gündəlik 1,84 milyon barelə bərabərdir.
Braziliyadan tədarükün azalmasının səbəblərindən biri Rusiya neftinin endirimlə rekord qiymətə alınması olub, may ayında bu ölkədən Çinə neft idxalı illik müqayisədə mənfi 19% olmaqla 2,2 milyon ton təşkil edib.
Eyni zamanda, Çin 2019-cu ildən bəri ABŞ-ın ikinci dərəcəli sanksiyaları altına düşməkdən qorxduğundan Venesuela neftini almır. May ayında Venesueladan idxal sıfır səviyyəsində qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)

















