Dövlət icbari şəxsi sığorta üzrə ödənişlərin verilmə qaydası müəyyənləşir - FƏRMAN
Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi verilmə qaydası müəyyənləşir.
Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçiriləcək.
Bundan əvvəl 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirirdi.
Eyni zamanda, fərmana əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu təmin edəcək.
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən 2020-ci il dekabrın 31-dən sonraya aid sənədlər üzrə həyata keçirdiyi sığorta ödənişləri barədə məlumatları (sığortaolunanın soyadı, adı, atasının adı, FİN-i, sığorta ödənişinin məbləği və verildiyi tarix) bir ay müddətində Fonda təqdim etməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 9 d. əvvəl
- 10 d. əvvəl
- 43 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Ən çox oxunanlar
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub






















