Kapital Bank tələbələrin inkişafı üçün növbəti tədbiri keçirdi
(®) Kapital Bank-ın təşkilatçılığı ilə İdarəetmə üzrə Beynəlxalq ekspert və məsləhətçi “GDG Professionals” şirkətinin rəhbəri Gülzar Quliyevanın təqdimatında “Yeni Dünya, Yeni Sən” başlığı altında məlumat sessiyası keçirilib.
Sessiyada Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti kimi təhsil müəssisələrinin tələbələri fəal şəkildə iştirak ediblər.
Təqdimat zamanı səsləndirilən fikirlər iştirakçılar arasında böyük marağa səbəb olub. Tələbələr “yeni dünya”nın xüsusiyyətləri və onun diktə etdiyi vərdişlər, dəyişiklikləri fürsətə çevirmənin yolları, emosional zəka, gələcəyə baxış, iş müsahibələrinə hazırlıq kimi günümüzdə böyük tələbatla qarşılanan mövzuları interaktiv şəkildə müzakirə edib, fərdi və qrup işləri çərçivəsində həm öz biliklərini, həm də kommunikasiya bacarıqlarını artırıblar.
Tədbirin yekununda gənclər bu cür informativ sessiyaların onların öz gələcək karyera yolunu müəyyənləşdirməsində çox faydalı və təkanverici bir amil olduğunu vurğulayıblar. İştirakçılar şəxsi inkişaf, özünə inam, motivasiya və bir sıra fərqli mövzularda sessiyaların davam etdirilməsi ilə bağlı öz gözləntilərini səsləndirib və sessiyadan müsbət təəssüratlarla ayrılıblar.
Kapital Bank mütəmadi olaraq təhsil layihələrinə diqqət ayırır. Bankın Beynəlxalq Təhsil Sərgisində, Respublika Fənn Olimpiadasında, Azərbaycan üçün öyrət, “Təhsil Avtobusu”, “Bir ideyam var”, Sabah qrupları kimi müxtəlif layihələrdə iştirakı, habelə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti və digər təhsil müəssisələri ilə birgə fəaliyyəti buna əyani sübutdur. Yaxın gələcəkdə də, təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















