Bu il azərbaycanlılar Türkiyədə daha çox mənzil alıblar - YENİ RƏQƏMLƏR AÇIQLANDI
2022-ci ilin yanvar-may aylarında azərbaycanlılar Türkiyədə 571 mənzil (ev) alıblar.
Marja.az Türkiyə Statistika Xidmətinə istinadən xəbər verir ki, azərbaycanlılar yanvarda 89, fevralda 93, martda 115, apreldə 156, mayda 118 mənzil alıblar.
Xatırladaq ki, azərbaycanlılar 2021-ci ilin yanvar-may aylarında Türkiyədə 382, o cümlədən yanvarında 68, fevralında 77, martında 106, aprelində 131, mayında 47 mənzil almışdılar.
Azərbaycanlılar Türkiyədə 2020-ci ildə 1279 mənzilə, 2021-ci ildə isə 1517 mənzilə mənzilə sahib olublar.
Mayda azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında 11-ci yeri tutublar.
May ayında Türkiyədə ev satışları iki dəfə artıb
Türkiyə Statistika Xidməti (TÜİK) may ayı üzrə ev satış statistikasını açıqlayıb. Türkiyə daxilində ev satışları may ayında ötən ilin eyni ayı ilə müqayisədə 107,5% artaraq 122 min 768 olub.
2021-ci ilin may ayında Türkiyədə koronavirus ilə əlaqədar olaraq tam bağlanma tədbirləri həyata keçirilmişdi, bu tədbirlərin təsiri ilə satış əməliyyatları 55 min 166 səviyyəsinə düşmüşdü.
Ev satışlarında ən yüksək pay 22 min 148 ev və 18% ilə İstanbula məxsusdur. Satış sayına görə növbəti yerlərdə 11 min 497 ev satışı və 9,4% payla Ankara, 7 min 159 satış və 5,8% payla İzmir gəlir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 9 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
18 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)


.jpg)









