Abşeron Logistika Mərkəzində yeni təyinat
Abşeron Logistika Mərkəzinin Beynəlxalq daşımalar departamentinə direktor təyin edilib.
Marja.az-ın əldə etdiyi məlumata görə, Nicat Əsgərov Abşeron Logistika Mərkəzində Beynəlxalq Daşımalar Departamentinin direktoru vəzifəsinə təyin olunub. O, beynəlxalq daşımaların effektiv idarə edilməsinə rəhbərlik edəcək. N.Əsgərov bundan öncə “Panalpina Central Asia E.C.”- də və bir sıra tanınmış beynəlxalq logistika şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, Abşeron Logistika Mərkəzi Qafqaz regionu üzrə ən böyük quru yük limanına sahib olan mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə 3PL, konteyner, vaqon, gömrük, broker, anbarlama və nəqliyyat xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Yaradılmış "bir pəncərə" sistemi ilə sahibkarlara yüksək səviyyəli və operativ xidmət göstərilir. Mərkəz ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq sertifikatlarına sahibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























