Azərbaycanın qeyri-neft sektoru üzrə xarici ticarətində 1,6 milyard dollarlıq kəsir
2022-ci ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 10.8 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 7.1 mlrd.$ həcmində profisit qeyri-neft sektoru üzrə 1.6 mlrd.$ həcmində kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 5.5 mlrd.$-lıq profisit yaranmışdır.
Marja.az xəbər verir ki, bu, 2022-ci ilin 1-ci rübü üzrə Azərbaycan Respublikasının Tədiyyə Balansında bildirilir.
Qeyd edilib ki, hesabat dövründə Azərbaycanın dünyanın 152 dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 10.6%-i MDB üzvü olan dövlətlərin, 89.4%-i isə digər xarici dövlətlərin payına düşür.
Əmtəə ixracı
Hesabat dövründə əmtəə ixracı 8.1 mlrd.$ (2.1 dəfə artım) təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın ö.i.m.d.n. bahalaşması səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 2.2 dəfə artaraq 7.4 mlrd.$ olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (7.4 mlrd.$) 3.8 mlrd.$-ı xam neftin, 3.5 mlrd.$-ı təbii qazın, 0.1 mlrd.$-ı isə neft emalı məhsullarının payına düşür. 2022-ci ilin I rübü üzrə qeyri-neft ixracı 54.7% artaraq 0.7 mlrd.$ olmuşdur.
Əmtəə idxalı
2022-ci ilin I rübü üzrə əmtəə idxalı ö.i.m.d.n. 16.8% artaraq 2.7 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.2 mlrd.$ olmuş, bunun da 433 mln.$-u ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 24.2% artaraq 2.3 mlrd.$ olmuşdur. Qeyri-neft idxalının strukturunda metalların (93.1%), kağız məmulatlarının (57.9%), əczaçılıq məhsullarının (44.3%), kərə yağının (30%), dənli bitkilərin (29.4%), ətir və kosmetik vasitələrinin (26.4%), gəmilər, qayıqlar və üzən konstruksiyaların (19.8%), mebel məhsullarının (17%), ağac məmulatlarının (15.6%), minik avtomobillərinin (12.1%), daş və şüşə məmulatlarının (10.4%), tərəvəz məhsullarının (5%), bitki yağlarının (1.8%), alkoqollu və alkoqolsuz içkilərinin (0.2%) idxalı artmışdır. Bu dövrdə uçuş aparatlarının (80.1%), dəmiryol nəqliyyat vasitələrinin (78.8%), tütün məhsullarının (35.1%), qazanlar, avadanlıq və mexaniki qurğuların (17.5%), şəkərin (10.7%) idxalı isə azalmışdır.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4.5% təşkil edərək 121 mln.$ olmuşdur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)


.jpg)







