Azərbaycanın iri un istehsalçısı böyük zərər açıqladı
"Karmen" markalı un və un məhsullarının istehsalçısı olan "Karat Holdinq" MMC 2021-ci ili 1 milyon 367 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 4 milyon 287 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2021-ci ildə "Karat Holdinq"in satışdan gəlirləri 75 milyon 916 min manat təşkil edib. Şirkət 2020-ci ildə satışdan 82 milyon 477 min manat gəlir əldə etmişdi. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə şirkətin satışdan gəlirləri 8% azalıb.
Ötən il "Karat Holdinq" 7 milyon 444 min manat sair gəlirlər də əldə edib (2020-ci ildə 14 min 436 manat).
2021-ci ildə "Karat Holdinq"in cəmi gəlirləri 83 milyon 359 min manat, cəmi xərcləri isə 84 milyon 725 min manat təşkil edib. 2020-ci ildə holdinqin cəmi gəlirləri 82 milyon 492 min manat, cəmi xərcləri isə 78 milyon 204 min amanat təşkil etmişdi. Xərclərin artması ilə əlaqədar olaraq şirkət ötən il zərərə düşüb.
Azərbaycanda ən iri un istehsalçılarından biri olan “Karat Holdinq” MMC “Karmen” və “Yeganə” markalı unların istehsalçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)









