İşçi və baş direktor maaşları arasındakı fərq daha da artıb
Son araşdırmaya görə, ABŞ-da bu iki seqment arasında əmək haqqı fərqi 2021-ci ildə daha da artıb. İşçi və baş direktor maaşları arasındakı fərq 604 dəfədən 670 dəfəyə yüksəlib.Siyasət Tədqiqatları İnstitutunun (IPS) dərc etdiyi araşdırmaya görə, ABŞ-ın ən aşağı maaş verən və açıq səhmdar cəmiyyət olan 300 şirkətdə işçilər və baş direktorların maaşları arasında fərq 2021-ci ildə daha da genişlənib.
Marja.az tədqiqata istinadən xəbər verir ki, maaş fərqi bir il ərzində orta hesabla 604 dəfədən 670 dəfəyə yüksəlib, fərq isə 49 şirkətdə 1000 dəfədən çox olub.
Sorğuda iştirak edən şirkətlərdə Baş direktorun orta maaşı ildə 2,5 milyon dollar artaraq 10,6 milyon dollara, işçilərin orta əmək haqqısı isə ildə cəmi 3556 dollar artaraq 23 min 968 dollara yüksəlib.
Şirkətlərin maaş artımlarının inflyasiyadan aşağı olması və aşağı maaşlar son zamanlar işçiləri daha yaxşı maaş, daha yaxşı iş şəraiti və ya iş-həyat balansı axtarışında yeni davranışlara sövq edib. “Böyük istefa” kimi tanınan dalğada son bir il ərzində çoxlu sayda işçi şirkətlərini tərk etməyə başlayıb.
PwC şirkətinin mart ayında keçirdiyi qlobal sorğuya görə, hər 5 işçidən 1-i növbəti 12 ay ərzində iş yerini dəyişmək ehtimalının olduğunu bildirib.
Digər tərəfdən, COVID-19 pandemiyasından sonra investorlar şirkətlərin işçiləri ilə necə rəftar etdiyi ilə daha çox maraqlanmağa başladılar. İş şəraiti ilə bağlı neqativ xəbərlər səbəbindən birjada bir çox şirkətin səhmlərinə ziyan dəyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)




