TuranBank “ASAN Məktub”la birgə uşaqların arzularını gerçəkləşdirib
Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank “ASAN Məktub” layihəsi çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə növbəti xeyriyyə aksiyasına imza ataraq aztəminatlı ailələrin övladlarının arzularını gerçəkləşdirib.
Layihə çərçivəsində bank əməkdaşları ASAN Könüllülərlə birlikdə “ASAN Məktub” vasitəsilə öz arzularını yazan uşaqların görüşünə getmiş, uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim etmişdir. Adıçəkilən sosial layihə çərçivəsində Bank İsmayıllı rayonunun Balik və Tircan kəndlərinin kiçik sakinlərini sevindirmişdir.
Məlumat üçün qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bankımız hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan Bankımız “ASAN Könüllüləri” Təşkilatı və "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.
TuranBank həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələrini, həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalarını bundan sonra da davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















