“PAŞA Bank”ın tərəfdaşlığı ilə keçirilən “Best Managed Companies Azerbaijan 2022” müsabiqəsinin qalibləri bəlli olub
“PAŞA Bank”ın tərəfdaşlığı və Deloitte Azərbaycan şirkətinin təşkilatçılığı ilə keçirilən “Best Managed Companies Azerbaijan 2022” müsabiqəsi başa çatıb.
Müsabiqənin əsas məqsədi yüksək biznes fəallığı ilə fərqlənən yerli özəl şirkətləri qiymətləndirmək və geniş ictimaiyyətə tanıtmaq olub. İştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilib. Beləliklə də, METAK, Səba və Veysəloğlu şirkətləri bu müsabiqənin qalibləri seçilib.
“PAŞA Bank”ın idarə heyətinin üzvü Xəyalə Nağıyeva may ayının 26-da keçirilən bağlanış mərasimində çıxış edib.
“Biz, etibarlı maliyyə tərəfdaşı kimi ilk günlərdən öz müştərilərimizi korporativ idarəetmə, maliyyə menecmenti, korporativ sosial məsuliyyət strategiyası, insan kapitalının inkişafı kimi mühüm istiqamətləri inkişaf etdirməyə səsləmişik. “Best Managed Companies” proqramı çərçivəsində qalib şirkətlərin müəyyən olunmasının əsas meyarları da məhz PAŞA Bankın vacib saydığı bu dəyərləri özündə birləşdirir. Bu da porqramı bizim üçün daha da əhəmiyyətli edir. İnanıram ki, iştirakçıların müsabiqə ərzində qazandıqları praktiki tövsiyələr və biliklər onlara öz fəaliyyətlərini daha da genişləndirməyə, mövqelərini möhkəmləndirməyə, beynəlxalq biznes mühitinə inteqrasiya etməyə və yeni işgüzar əlaqələr qurmağa kömək edəcək. Bununla da, müsabiqənin əsas məqsədinə - Azərbaycan sahibkarlığının inkişafına dəstək göstərmək məqsədinə çatmış olacağıq”, - deyə Xəyalə Nağıyeva vurğulayıb.
Deloitte Azərbaycan şirkətinin idarəedici partnyoru Nuran Kərimov tədbirin əhəmiyyətindən danışarkən bildiirb: “Azərbaycanda fəaliyyətimizin 20 illiyində bu möhtəşəm layihəni yerli sahibkarlara dəstək olmaq məqsədilə MDB məkanında ilk dəfə məhz Azərbaycanda başladıq. Bizim üçün bu layihə özəl sektorda çalışan qabaqcıl Azərbaycan şirkətlərinin aşkarlayıb, onların uğurunu cəmiyyətə və beynəlxalq səviyyədə tanıtmaq üçün fürsətdir. Bu layihə sayəsində biz həmçinin Azərbaycan hökumətinin sahibkarlığın inkışafına yönəlmiş səylərinə əlavə dəstək vermiş oluruq. Əminik ki, hər il keçiriləcək bu mötəbər biznes müsabiqəsində daha çox Azərbaycan şirkəti iştirak edib faydalanacaq”.
15 illik fəaliyyəti boyunca ölkə iqtisadiyyatının və sahibkarlığın dayanıqlı inkişafına töhfə verən “PAŞA Bank” bu istiqamətdəki təşəbbüslərini davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























