Bank pul daşınması üçün pilotsuz dronu sınaqdan keçirib
"Sberbank" pul daşınması üçün pilotsuz təyyarəni sınaqdan keçirib.
"lenta.ru" xəbər verir ki, bank sədrinin birinci müavini Lev Hasis pilotsuz uçuş aparatının ilk sınağının uğurla həyata keçirildiyini deyib. Belə ki, aparat nağd pulu kassa mərkəzindən inkassator avtomobilinədək çatdırılmasını yerinə yetirib. Pilotsuz aparatın uçuş sürəti saatda təxminən 180 kilometr, uçuşun həyata keçirildiyi məsafə 10 kilometr olub.
Aparatın kənar müdaxiləsinə də qarşı ehtiyat tədbirləri görülüb. Belə ki, kənar şəxslərin müdaxiləsi zamanı dron açılarsa içindəki əsginazlar xüsusi yerləşdirilmiş boya kapsulaları vasitəsilə mavi rəngə boyanaraq yararsız hala gətirilir.
Rusiya Kosmik Sistemlərin (RKS) mütəxəssisi Mixail Kiriçenko bildirib ki, Rusiyada kiçik pilotsuz aviasiya sistemlərinin uçuşlarının nəzarəti ilə məşğul olacaq infrastruktur yaradılacaq. Cari ilin sonunadək nəzarət sisteminin ilk təcrübə nümunəsi hazırlanacaq. RKS 2018-ci ildə bu texnologiyadan tam olaraq istifadə etməyi planlaşdırır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























