Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir
Mərkəz Gürcüstanla sərhəddən nəqliyyat vasitələrinin keçidinin intensivliyinin artırılması, nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması məqsədilə inşa olunur.Mayın 26-da Dövlət Gömrük Komitəsinin(DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımqara” gömrük postunda mövcud vəziyyətlə və onun yaxınlığında inşa edilən Ticarətin Asanlaşdırılması Mərkəzinin tikintis ilə tanış olub.
DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, gömrük orqanları qarşısında duran əsas vəzifələrdən biri də sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, gömrük-keçid məntəqələrinin buraxılış potensialının artırılmasıdır.
Görülən işlərin icra vəziyyəti ilə tanış olmaq məqsədilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Mazımqara” gömrük postunda olub, idxal və ixrac nəzarət xətlərində prosedurların icrası, nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri, son dövrlərdə yaranan sıxlıqların operativ şəkildə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
Daha sonra Səfər Mehdiyev “Mazımqara” gömrük postunun yaxınlığında inşa olunan Ticarətin Asanlaşdırılması Mərkəzinin tikinti işləri ilə yaxından tanış olub.
Qeyd edək ki, Mərkəz Gürcüstanla sərhəddən nəqliyyat vasitələrinin keçidinin intensivliyinin artırılması, nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması məqsədilə inşa olunur. Belə ki, nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə gömrük-sərhəd keçid məntəqələrindəki əməliyyatların bir hissəsi artıq bu mərkəzdə icra olunur. Mərkəzin qismən fəaliyyətə başlaması son dövrlərdə Gürcüstanla sərhəddə yaranan sıxlıqların aradan qaldırılması, sərhədkeçmə proseslərinin səmərəli şəkildə təşkil olunmasında da əhəmiyyətli rol oynayıb.
Komitə sədri Mərkəzin tikintisinin yüksək keyfiyyətlə aparılması, eləcə də “Mazımqara” gömrük postunda sərhədkeçmə prosedurlarının səmərəliliyinin artırılması, qarşıya çıxan problemlərin operativ şəkildə həll edilməsi istiqamətində tapşırıqlar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)








.jpg)








