Mərkəzi Bank və Veysəloğlu Şirkətlər Qrupu arasında görüş olub
Mərkəzi Bank və Veysəloğlu Şirkətlər Qrupu arasında görüş olub
Veysəloğlu-nun yaydığı məlumatda bildirilir ki, işgüzar görüşdə Mərkəzi Bankın rəhbərliyi və Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) nümayəndələri iştirak ediblər.
“İnflyasiya və tədarük zənciri” mövzusuna həsr edilmiş görüş eyni zamanda özəl sektor ilə dövlət qurumu arasındakı əməkdaşlığın inkişaf etdirilməsinə də xidmət etmək məqsədi daşıyıb.
Görüş zamanı qlobal inflyasiya, həmçinin tədarük zənciri ilə bağlı proseslərin qiymətlərə təsiri əsas müzakirə mövzularından biri olub. Qeyd edilib ki, Mərkəzi Bankın əsas məqsədi qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.
“Veysəloğlu” nümayəndələri bildirib ki, 1300-dən çox mağaza ilə gündəlik 650,000-dən çox müştəriyə xidmət göstərən Şirkətlər Qrupu qlobal qiymət artımı fonunda dövlətimizin antiinflyasiya tədbirlərinə dəstək olaraq, qiymət artımı ilə öz imkanları daxilində mübarizə aparır.
Görüşdə həmçinin indekslərin ölkə iqtisadiyyatına töhfəsi barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, marketlərində qiymət dəyişikliklərini şəffaf şəkildə göstərmək məqsədilə ötən ildən etibarən “Veysəloğlu Pərakəndə İndeksi” hesabatı hazırlanır və hər ay ictimaiyyətlə paylaşılır.
Şirkətlər Qrupu həmçinin tədarük zəncirinin idarəedilməsi istiqamətində də yeni layihələr həyata keçirir. Müştərilərinə təqdim olunan məhsulların təzəliyinin qorunması məqsədilə Veysəloğlu Şirkətlər Qrupu bu ilin sonuna qədər hazır olacaq dünya standartlarına cavab verən təzə və dondurulmuş məhsullar üçün logistika mərkəzinin yaradılmasına 25 milyon manat yatırım edib.
Görüşdə ölkənin qida təhlükəsizliyinin təmin olunmasına töhfə və dəyər vermək naminə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Ən çox oxunanlar
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub




















