Ərəblər oyunlar istehsal edən şirkətdən də pay aldılar
Səudiyyə fondu "Nintendo"nun 5%-ni alıb. Bloomberg xəbər verir ki, saziş Səudiyyə fondunu "Nintendo"nun beşinci ən böyük səhmdarı edir.Səudiyyə Ərəbistanının suveren fondu olan İctimai İnvestisiya Fondu (PİF) oyun konsollarının istehsalı və video oyunların hazırlanması üzrə ixtisaslaşan Yaponiyanın "Nintendo" şirkətində 5%-lik pay alıb.
Marja.az xəbər verir ki, bu barədə çərşənbə günü Bloomberg xəbər agentliyi məlumat yayıb.
Müqavilə Səudiyyə fondunu "Nintendo"nun beşinci ən böyük səhmdarı edir. Agentliyin məlumatına görə, alış investisiya məqsədi ilə həyata keçirilib.
"Toyo Securities"in analitiki Hideki Yasudanın sözlərinə görə, "Səudiyyə Ərəbistanı öz video oyun sənayesini qurmağa çalışır və Yapon oyun şirkətlərinə sərmayə yatırmaq çox güman ki, krallığa Yapon oyun tərtibatçılarından öyrənməyə kömək edəcək".
Qeyd olunur ki, PİF-in oyun sənayesinə investisiyaları həm də krallığın vəliəhdi Məhəmməd bin Salman Əl Səud tərəfindən milli iqtisadiyyatın şaxələndirilməsi və neft gəlirlərindən asılılığın azaldılması məqsədilə həyata keçirilən strateji proqramın bir hissəsidir.
Agentliyin məlumatına görə, bu, PIF-in bu il Yaponiyada qeydiyyatdan keçmiş oyun şirkətlərinə üçüncü sərmayəsidir. Bundan əvvəl Səudiyyə fondu yapon oyun istehsalçısı və yayım şirkəti “Capcom”un və onlayn oyun tədarükçüsü “Nexon”un səhmlərini alıb. Hər iki studiyaya qoyulan ümumi investisiya bir milyard dollardan çox olub.
Bundan əlavə, PIF "Activision Blizzard", "Electronic Arts" və "Take-Two"da 3 milyard dollardan çox sərmayəyə sahibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
46 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)






