Azercell-in baş sponsorluğu ilə “Bakı Marafonu-2022” baş tutdu
Lider mobil operator yarışın qaliblərini mükafatlandırdı.
(®) May ayının 15-i Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə “Bakı Marafonu – 2022” baş tutdu. Minlərlə idmansevər Bakı Bulvarında toplaşaraq “Küləyə qalib gəl” şüarı altında həyata keçən bu yarışa qatıldı.
Ölkəmizin idman təqvimində mühüm yer alan “Bakı Marafonu”nun 5 illik yubileyi bir sıra yeniliklər ilə yadda qaldı. Belə ki, yarışçılar üçün yeni marşrut tətbiq edilərək start və finiş nöqtəsi eyni məkanda yerləşdirildi. İştirakçılar Dövlət Bayrağı meydanında toplaşaraq 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıtdılar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yaratdı.
2017-ci ildən etibarən tədbirə tərəfdaşlıq edən Azercell növbəti dəfə abunəçilərini sağlam həyat tərzi sürməyə səslədi. Ənənəvi olaraq bu il də təşkil edilən marafona “Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti, eləcə də şirkət əməkdaşları və Azercell-in korporativ abunəçiləri qatıldı.
Yarışın rəqəmsal tərəfdaşının dəstəyilə iştirakçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirildi. Bu texnoloji həll mobil operatorun “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” kimi səslənən strateji məqsədinin tələblərinə də tam cavab verdi.Belə ki, marafonda iştirak edən hər kəsin marşrut boyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək imkanı yaradıldı.
Qaliblər Azercell tərəfindən xüsusi hədiyyələr ilə mükafatlandırıldı. Finiş xəttini keçən ilk üç qadın və ilk üç kişi iştirakçıya lider mobil operator xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və “Sərbəst 15” tarif paketinə 6 aylıq abunəlik hədiyyə etdi. Azercell “Bakı Marafonu”nda iştirak edən tələbələri də diqqət mərkəzində saxladı. Tələbələr arasında birinci yeri tutan xanım və kişi iştirakçıya xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və 6 aylıq pulsuz istifadə müddəti olan “GəncOL9” tarif paketi təqdim edildi.
Yarışçılara dəstək olmaq üçün tədbirə qatılanlar da asudə vaxtlarını yüksək dəyərləndirdilər. Musiqi ilə müşayiət edilən tədbirdə atletlər zonasında pilates məşqləri təşkil edildi, uşaqlar üçün əyləncə zonasında isə marafonun kiçik qonaqları xüsusi proqram ilə qarşılandı. Marafon məşhur mügənnilərin konsert proqramı ilə yekunlaşdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
27 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
31 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 44 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
- 50 d. əvvəl
- 53 d. əvvəl
- 54 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib















.jpg)






