Azərbaycanda tütün istehalçıları süqut edir
2017-ci ilin yanvar-may aylarında ölkə sənayesində 15,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilmişdir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,9 faiz artmış, neft sektorunda isə 7,1 faiz azalmışdır.
Sənaye məhsulunun 70,2 faizi mədənçıxarma sektorunda, 24,4 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 9,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə ötən ilin müvafiq dövrünün səviyyəsində qalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 3,1 faiz, içkilərin istehsalı 37,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,2 dəfə, geyim istehsalı 62,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 87,5 faiz, kağız və karton istehsalı 1,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 22,0 faiz, əczaçılıq məhsullarının istehsalı 2,0 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 57,0 faiz, tikinti materiallarının istehsalı 41,4 faiz, kompüter və elektron məhsulların istehsalı 72,1 faiz, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, maşın və avadanlıqların istehsalı 18,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 24,4 faiz, mebel istehsalı 34,7 faiz artmış, tütün məmulatlarının istehsalı 38,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 58,8 faiz, poliqrafiya məhsullarının istehsalı 32,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 6,5 faiz, hazır metal məmulatlarının istehsalı 34,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 57,2 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,8 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1 faiz azalmışdır.
Qeyd edək ki, ölkədə tütün məmulatlarının istehsalının 38,6 faiz azalması qaçaqmalçılığın tüğyan etməsilə bağlıdır. Gömrükdən müxtəlif yollarala ölkəmizə keçirilən siqaretlər Bakı və rayonlarda açıq-aşkar satılır. Nəticə də yerli istehsalçıların satışları azalır və onlar istehsallarını azaltmaq məcburiyyətində qalırlar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 16 d. əvvəl
-
27 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 31 d. əvvəl
-
43 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)





.jpg)


.jpg)










